Vakansiya haqqında
📍GM ConstructionVəzifə öhdəliyi:Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;Sahə rəisləri/layihə rəhbərləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.Namizədə tələblər:Cins: kişi;Yaş həddi: 30-55;Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi; Tam ali təhsil (İnşaat və ya sənaye/mülki tikinti ixtisası üzrə);Məsuliyyətli;Problem həlletmə və analitik düşünmə qabiliyyəti;Konfidensiallığı qoruyub saxlamaq bacarığı;İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.İş şəraiti:İş yeri: Baş ofis - Baku City Residence (Bakı, Heydər Əliyev pr 189);İş rejimi: 6 günlük, şənbə - qısaldılmış (09:00-13:00) iş günü;naharla təmin edilmə;Korporativ nömrə ilə təmin olunma;Əmək haqqı razılaşma əsasında.Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin Müraciət et düyməsində qeyd olunan elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
