Vakansiya haqqında
TəsvirLayihənin layihə-smeta sənədlərinə və ölkədə qüvvədə olan norma və standartlara texniki cəhətdən uyğun icrasına nəzarət etmək;Təhvil-təslim zamanı tikilinin istismara qəbulu aktının və digər sənədlər toplusunun mövcudluğunu yoxlamaq, çatışmazlıqların aradan qaldırılmasına nəzarət etmək;Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsinə nəzarət etmək;Layihənin idarə olunması və monitorinqi üzrə işləri təşkil etmək;Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin İdarəedilməsi siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;Layihə üzrə dəyişikliklərin kompleks idarə edilməsi və nəzarətini təmin etmək;Layihə üzrə risklərin müəyyən edilməsi, təhlili, tədbirlər planının hazırlanması, icrası və monitorinqini həyata keçirmək;Podrat təşkilatları ilə həftəlik görüşlər keçirmək, çətinliklərin aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq;Podratçı və sifarişçi arasında əlaqələri koordinasiya etmək;Tikintiyə icazə almaq üçün rəsmi qurumların nümayəndələri ilə qarşılıqlı əlaqə qurmaq;Tamamlama işlərinin keyfiyyətinin normativ tələblərə və dizayn layihəsinə uyğun sənədləşməsini yoxlamaq;Monitorinq fəaliyyətinin nəticələrinə əsasən aktlar və sınaq hesabatları tərtib etmək;Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumlarının müfəttişləri tərəfindən obyektin istismara qəbul prosesində iştirak etmək;Tələb olunduğu halda, istismarda olan layihələrdə ilkin texniki müayinə aparmaq və rəhbərliyə hesabat hazırlayıb təqdim etmək;Vəzifə və funksiyalara uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək;Tabeliyində olan resursları səmərəli idarə etmək.Tələblərİnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;Yaşayış binaları, otellər, iş mərkəzləri və digər obyektlərdə tikinti və texniki baxım sahəsində azı 10 il iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə;Kompüter bilikləri: MS Office proqramları, AutoCAD;Tikinti normaları və layihələrin idarə olunması üzrə nəzəri və praktiki biliklər;Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
