Vakansiya haqqında
TəsvirTabeliyində olan texniki komandanın gündəlik iş qrafikini təşkil etmək;Komanda üzvlərinin obyektlər üzrə gündəlik səfərlərini təmin etmək;Layihənin layihə-smeta sənədlərinə və ölkədə qüvvədə olan norma və standartlara texniki cəhətdən uyğun icrasını təmin etmək;Layihənin icra planının razılaşdırılmış qrafikə uyğun həyata keçirilməsinə nəzarət etmək, gecikmələrin qarşısını almaq üçün tədbirlər görmək;Təhvil-təslim zamanı tikilinin istismara qəbulu aktının və digər sənədlər toplusunun mövcudluğunu yoxlamaq, çatışmazlıqların aradan qaldırılmasını təşkil etmək;Layihənin razılaşdırılmış müddətdə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə icrasına nəzarəti təşkil etmək;Layihənin idarə olunması və monitorinqi ilə bağlı işləri təşkil etmək;Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin İdarəedilməsi siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;Layihə üzrə dəyişikliklərin kompleks idarə olunması və nəzarətini təmin etmək;Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqini həyata keçirmək;Baş podrat təşkilatları ilə həftəlik görüşlər keçirmək, mövcud çətinlikləri aradan qaldırmaq və plan-qrafikə uyğunluğa nəzarət etmək;Baş podratçı ilə sifarişçi arasında əlaqələrin koordinasiyasını təmin etmək;Tikintiyə icazə almaq məqsədilə rəsmi qurumların nümayəndələri ilə qarşılıqlı əlaqə qurmaq;Quraşdırılmış kommunal şəbəkələrin keyfiyyətini və sənədləşməsini yoxlamaq;Transformator yarımstansiyası, generator birləşməsi və elektrik kabellərinin düzgün yığılması, həmçinin paneldə sığorta açarlarının quraşdırılması məqsədilə elektrik laboratoriyasının cəlb olunmasını təmin etmək;Suqəbuledici qurğunun və nasos stansiyasının işə salınması və istismara verilməsini təşkil etmək;Yanğın siqnalizasiya sistemi, sulu söndürmə sistemləri və tüstü sovurma sistemlərinin yoxlanılmasını və FHN-in Yanğından Mühafizə orqanlarına təhvil verilməsini təmin etmək;Tamamlama işlərinin keyfiyyətinin normativ tələblərə və dizayn layihəsinə uyğunluğuna dair sənədləşməni yoxlamaq;Ekspert qiymətləndirməsinin nəticələrinə əsasən aktların və sınaq hesabatlarının tərtibini təmin etmək;FHN və digər dövlət qurumlarının müfəttişləri tərəfindən obyektin istismara qəbul prosesi zamanı iştirak etmək;Tələb olunduğu halda istismarda olan layihələrdə ilkin texniki müayinə aparmaq və rəhbərliyə hesabat hazırlayıb təqdim etmək;Vəzifə və funksiyalara uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;Tabeliyində olan insan və texniki resursları səmərəli şəkildə idarə etmək.TələblərMühəndislik ixtisasları üzrə ali təhsil;Yaşayış binaları, otellər, iş mərkəzləri və digər obyektlərdə tikinti və texniki baxım sahəsində azı 10 il iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə;Kompüter bacarıqları: MS Office proqramları, AutoCAD;Tikinti normaları və layihələrin idarəedilməsi sahəsində nəzəri və praktiki biliklər;Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
