Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Radius

Texniki menecer

BakıMənbə: Work.az

Vakansiya haqqında

Namizədə tələblər:Cins: KişiYaş: 25 - 40Ali texniki təhsil;Ingilis dili biliyiMüvafiq texniki sahədə minimum 3–5 il iş təcrübəsi;Mexaniki, elektrik və elektromexaniki avadanlıqlar üzrə texniki biliklər;Avadanlıqların texniki xidməti və nasazlıqların müəyyən edilməsi üzrə təcrübə;Texniki manual və sənədlərlə işləmək bacarığı;Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində danışıq və texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik;Kompüter proqramlarında işləmək bacarığı;Məsuliyyətli, sistemli, diqqətli və operativ olmaqƏsas vəzifələr:Servis mərkəzinə aid texniki avadanlıqların saz və fasiləsiz işləməsini təmin etmək;Avadanlıqların dövri texniki xidmətlərini planlaşdırmaq və vaxtında həyata keçirmək;Yaranan nasazlıqları müəyyən etmək, uyğun texniki həlləri tapmaq və zəruri təmir işlərini təşkil etmək;Ehtiyat hissələri və sərfiyyat materiallarına olan tələbatı müəyyən etmək, sifarişlərini təşkil etmək və vaxtında dəyişdirilməsini təmin etmək;Avadanlıqların kalibrlənməsi, proqram yeniləmələri və digər zəruri texniki prosedurları vaxtında həyata keçirmək;Avadanlıqların aktual siyahısını, texniki sənədlərini, manuallarını və servis/təmir tarixçəsini sistemli şəkildə aparmaq;İstehsalçı və təchizatçıların texniki təlim proqramlarında iştirak etmək və təlim materiallarını sistemli şəkildə arxivləşdirmək;Servisin texniki ehtiyaclarını müəyyən etmək, zəruri yeni alət və avadanlıqların alınması ilə bağlı təkliflər hazırlamaq;Görülmüş texniki xidmət və təmir işləri üzrə müvafiq hesabatları hazırlamaq. İş şərtləri: İş saatı: 09:00–18:00 İş qrafiki: Həftənin 6 günü (şənbə – qısa iş günü), istirahət günü – bazarNahar: Şirkət tərəfindən təmin olunur İş yeri: Babək pr., M.H. Kazımov küç. 8 Əmək haqqı: 1800-2000Maraqlanan namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Satış Məsləhətçisi” qeyd etməklə hr@radius.az ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.