Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Texniki işçi

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍Avropa Azərbaycan Məktəbi Biz komandamıza peşəkar və məsuliyyətli çilingər axtarırıq. Namizəd müəssisənin avadanlıqlarının, texniki sistemlərinin və təsərrüfat sahələrinin təmirini və baxımını təmin etməlidir.Vəzifə öhdəlikləri:Məktəb ərazisində gündəlik texniki və təsərrüfat işlərinin həyata keçirilməsi;Bina, sinif otaqları, ofislər və ümumi istifadə sahələrində yaranan kiçik texniki nasazlıqların aradan qaldırılması;Mebel, qapı, pəncərə, kilid, elektrik avadanlıqları və digər qurğularla bağlı xırda təmir işlərinin görülməsi;Elektrik, su, santexnika və digər texniki sistemlərdə yaranan problemlərin ilkin yoxlanılması və aidiyyəti əməkdaşlara məlumat verilməsi;Məktəbin texniki avadanlıqlarının və inventarının düzgün istifadəsinə və vəziyyətinə nəzarət;Təmir və texniki xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi;Məktəb ərazisində avadanlıqların, mebellərin və digər əşyaların daşınmasına və yerləşdirilməsinə dəstək;Tədbirlər, toplantılar və digər məktəb fəaliyyətləri zamanı texniki dəstəyin göstərilməsi;Rəhbərliyin tapşırıqları əsasında digər texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi.Namizədə tələblər:Texniki və ya təsərrüfat sahəsində iş təcrübəsi;Elektrik, santexnika, təmir və digər texniki işlər üzrə əsas biliklər;Əl alətləri və texniki avadanlıqlardan düzgün istifadə bacarığı;Məsuliyyətli, intizamlı və diqqətli olmaq;Fiziki işlərə uyğunluq;Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı;Komandada işləmək bacarığı;Təhlükəsizlik qaydalarına ciddi riayət etmək.Təkliflər:Peşəkar komanda ilə işləmək imkanı;Nahar ilə təmin olunma;Könüllü tibbi sığorta təmin olunma;İş şəraitinə uyğun xüsusi geyim və avadanlıqlar ilə təminat.Maraqlanan namizədlər CV-lərini və müraciət məktublarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində mütləq “Çilingər” qeyd olunmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.