Vakansiya haqqında
TəsvirBeynəlxalq risk idarəetmə standartlarının (COSO, ISO 31000, Digital Operational Resilience Act (DORA) və s.) tətbiqində iştirak və uyğunluğun təmin edilməsi;Rol matrislərinin hazırlanması, dəyişikliklərin qiymətləndirilməsi və risk əsaslı rəylərin təqdim edilməsi;Yeni xidmət, məhsul və proseslərin hazırlanmasında risklərin erkən mərhələdə nəzərə alınması və risk baxımından qiymətləndirilməsi;Risklərin idarə olunması üçün məlumat bazalarının qurulması, optimallaşdırılması və daimi təkmilləşdirilməsi;Daxili normativ sənədlərə və onların dəyişikliklərinə dair risk yönümlü rəylərin verilməsi;Risklərin vaxtında müəyyənləşdirilməsi, dəyərləndirilməsi və müvafiq struktur bölmələrlə effektiv kommunikasiya qurulması;Risk mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə və təlim tədbirlərinin təşkili və ya onlarda iştirak;RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin həyata keçirilməsində və koordinasiyasında iştirak;Risk Reyestrinin və insidentlərin idarə olunması mexanizmlərinin tətbiqi və təkmilləşdirilməsində iştirak; Tələblərİqtisadiyyat, hüquq, maliyyə və ya digər müvafiq sahə üzrə ali təhsil;Risklərin idarə edilməsi sahəsində (məsələn, ISO 31000, COSO, CERM, FRM və ya digər) beynəlxalq sertifikatların mövcudluğu üstünlük sayılır;Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə nəzəri biliklər və praktiki bacarıqlar;Müvafiq sahədə minimum 2-3 il peşəkar iş təcrübəsi;Microsoft Office proqramlarında (xüsusilə Excel, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı;Konfidensial və həssas məlumatlarla işləmə bacarığı ;Daxili normativ sənədlərlə işləmə, proseslərin xəritələndirilməsi və sənədləşdirilməsi bacarıqları;Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dilləri üzrə biliklər üstünlük sayılır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
