Vakansiya haqqında
SOCAR Baş ofis, Təşkilatı İnkişaf Departamentinin Təşkilati inkişaf proqramlarının və İR funksiyalarının rəqəmsallaşdırılmasının əlaqələndirilməsi şöbəsində təşkilati inkişaf üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri: Təşkilati inkişaf layihələri üzrə texniki tapşırıqların müəyyənləşdirilməsində iştirak etmək; Layihələrin icra gedişatını təhlil etmək, əsas problemlərin və risklərin aradan qaldırılması üzrə təklif və tövsiyələr hazırlamaq;Dəyişikliklərə dair sənədlər, icra vəziyyəti üzrə hesabatlar və digər müvafiq qeydlər daxil olmaqla, layihə sənədlərinin dəqiq şəkildə aparılmasını təmin etmək;Təşkilati inkişaf layihələrinin idarə edilməsi metodologiyasının təkmilləşdirilməsində iştirak etmək;Layihələrin səmərəliliyinin artırılması və nəzərdə tutulan nəticələrin maksimum səviyyədə təmin edilməsi məqsədilə resursların düzgün bölüşdürülməsinə dəstək göstərmək;Müvafiq layihələrin koordinasiyasını, planlaşdırılmasını, büdcələşdirilməsini və monitorinqini həyata keçirmək;Müəyyən edilmiş standartlara və qabaqcıl təcrübələrə riayət etməklə təşkilati məqsədlərə nail olunmasına dəstək göstərmək;Layihə idarəetmə alətlərindən istifadə etməklə strateji layihələrin icra vəziyyəti və gedişatı barədə hesabatlar hazırlamaq. Namizədə tələblər: Biznesin idarə edilməsi, menecment, layihələrin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);Layihələrin idarə edilməsi və ya layihə koordinatoru vəzifəsində minimum 5 il iş təcrübəsi (təşkilati inkişaf, biznes proseslərinin tətbiqinin idarə edilməsi və/və ya koordinasiyası sahəsində təcrübəyə üstünlük verilir);Təşkilati inkişaf istiqamətində layihə idarəetmə prosesləri və metodologiyaları üzrə biliklər və onların hazırlanması bacarığı;Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı, Microsoft Office proqramları və Power BI üzrə yüksək səviyyədə biliklər;Güclü yazılı və şifahi ünsiyyət, eləcə də danışıqların aparılması bacarıqları;Əməkdaşlıq, təqdimat və təşkilatçılıq bacarıqları;Problemlərin həlli, münaqişələrin idarə edilməsi və tənqidi düşünmə bacarıqları;Azərbaycan və ingilis dillərini sərbəst bilmək;PMP sertifikatının olması üstünlükdür. Biz nə təklif edirik? Peşəkar iş mühiti;Peşəkar inkişaf və karyera imkanları;Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;Nəqliyyat xidmətləri. İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, AzərbaycanSon müraciət tarixi: 05.10.2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
