Vakansiya haqqında
📍Hikvision CO MMC İş barədə məlumat• Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti• Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək• Peşəkar və karyera yüksəlişi üçün imkanlar• Rəqabətli əmək haqqı və müavinətlər paketi• Yeni ideya və yanaşmalara açıq mühit• İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə• Həftə içi 5 iş günü, saat 10:00-dan - 19:00-dək (Şənbə günü növbəli və qısa iş günüdür)• Əmək haqqı: 800-1200 AZN (artan əmək haqqı + yüksək bonus)• Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may).Öhdəliklər• Şirkətə daxil olan e-mail və müştəri müraciətlərinin təhlil edilməsi və operativ şəkildə cavablandırılması• Tender sorğularında iştirak və tender sənədlərinin hazırlanması prosesinin idarə olunması• Tender üçün tələb olunan sənədlərin toplanması və təqdim edilməsi• Kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim olunması• Vendor list-ə daxil olmaq üçün lazımi sənədlərin hazırlanması və onlayn müraciətlərin icrası• B2B görüşlərdə iştirak və şirkətin peşəkar şəkildə təmsil olunması• Mövcud müştərilərlə effektiv əməkdaşlığın qurulması və davamlılığının təmin edilməsi• Sifarişlərin qəbul edilməsi, icra prosesinin izlənməsi və nəzarətdə saxlanılması• Məhsul və xidmətlərlə bağlı müştəri sorğularının cavablandırılması• Müştəri bazasının idarə olunması və yeni əməkdaşlıq imkanlarının araşdırılması• Bazardakı yeniliklərin və rəqib fəaliyyətlərinin mütəmadi təhlili• Müştərilərlə gündəlik ünsiyyət və iş proseslərinin koordinasiyası.Tələblər• B2B satış sahəsində minimum 3–5 il iş təcrübəsi• Tender və satış prosesləri üzrə praktiki biliklər• MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı• 1C və CRM proqramlarından istifadə bacarığı• Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma bacarığı• Yüksək səviyyədə işgüzar yazışma və ünsiyyət bacarığı• Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq• Problem həll etmə və operativ qərarvermə bacarığı• Komanda ilə işləmək və müştərilərlə effektiv münasibət qurmaq bacarığı• Satış və təqdimat bacarıqlarının yüksək səviyyədə olması• Yenilikçi, dinamik və daxili motivasiyası yüksək olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
