Vakansiya haqqında
Vəzifə öhdəlikləri:Şirkətin təlim və inkişaf strategiyasının hazırlanması və icrasına nəzarət etmək;İşçilərin (kassir, satıcı, anbardar, nəzarətçi, şöbə müdiri və s.) bilik və bacarıqlarının artırılması məqsədilə təlim ehtiyaclarını təhlil etmək və illik təlim planları hazırlamaq;Daxili və xarici təlim proqramlarını təşkil və koordinasiya etmək (məhsul bilikləri, müştəri xidməti, POS sistemləri və s.);Təlim materiallarının (prezentasiyalar, təlim modulları, qiymətləndirmə formaları və s.) hazırlanması və davamlı olaraq yenilənməsi;Təlim iştirakçılarının performansını qiymətləndirmək və nəticələrə əsasən fərdi inkişaf planları hazırlamaq;Mentorluq və kouçinq proqramlarının təşkili və idarə olunması;Təlimlə bağlı statistik məlumatları toplamaq, təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;Yeni əməkdaşlar üçün adaptasiya (onboarding) prosesini qurmaq və tətbiq etmək;Təlim büdcəsinin hazırlanmasında iştirak və xərclərin səmərəli istifadəsinə nəzarət;Əməkdaşlarla effektiv kommunikasiya qurmaq və onların karyera inkişafını dəstəkləmək; Tələblər:Ali təhsil (müvafiq sahə üzrə);Təlim və inkişaf sahəsində minimum 1-3 il iş təcrübəsi, xüsusilə supermarket və ya pərakəndə satış sahəsində (aparıcı vəzifədə təcrübə üstünlükdür);Təlim planlaması, ehtiyac analizi və performans ölçmə metodikaları üzrə bilik və təcrübə;Təlim keçmək və auditoriya qarşısında effektiv təqdimat aparmaq bacarığı;Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı (rus dili arzuolunandır);MS Office proqramlarında (xüsusilə PowerPoint və Excel) yüksək səviyyədə işləmə bacarığı;Təşəbbüskar, analitik düşüncəyə malik, təşkiletmə və komanda ilə işləmə bacarığı olan;Layihələrin idarə edilməsi sahəsində biliklər və təcrübə əlavə üstünlükdür.İş şəraiti:İş günləri: I-V günlərİş saatı: 09:00-18:00VI yarım iş günü Rəqabət qabiliyyətli əmək haqqıTələblərə cavab verən namizədlər mövzu yerində “Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis Vakansiyası” yazaraq, CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
