Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Tələbə Könüllülük Proqramı

BakıMənbə: Work.az

Vakansiya haqqında

Təhsil Tələbə Krediti Fondu və LIV Bona Dea Hospital tələbələr üçün könüllülük proqramı elan edir!Proqramının təsviri 1. Pasiyentlərin qeydiyyatı və koordinasiyasına dəstək göstərilməsi;2. Pasiyentlərin müvafiq şöbələrə yönləndirilməsində iştirak;3. İnzibati ofisin gündəlik fəaliyyətinə dəstək göstərilməsi;4. Sənədlərin və məlumatların hazırlanması və toplanılmasında iştirak;5. Şöbənin gündəlik iş proseslərinin təşkilinə dəstək;6. Klinikada əməkdaşlar və pasiyentlərlə effektiv və nəzakətli ünsiyyətin qurulması.Tələblər1. Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;2. Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;3. Punktuallıq, məsuliyyətlilik və operativlik;4. Öyrənməyə və yeni biliklər əldə etməyə həvəs;5. MS Office proqramlarında işləmə bacarığı;6. Pasiyentlərlə nəzakətli və düzgün ünsiyyət qurmaq bacarığı;7. Müəyyən edilmiş iş qrafikinə riayət etmək.İş qrafikiBazar ertəsi – Cümə: 08:30–17:00Şənbə: 08:30–14:00 Qeyd:Tələbələrin dərs cədvəli nəzərə alınacaq və iş qrafiki fəaliyyət göstərəcəkləri şöbənin məsul şəxsi tərəfindən dərs saatlarına uyğun olaraq tənzimlənəcəkdir.Proqram çərçivəsində təqdim olunan imkanlar1. Könüllülər naharla təmin olunacaqlar;2. İş günü ərzində nahar və çay fasilələri nəzərdə tutulur;3. Proqramı uğurla başa vuran könüllülərə klinika rəhbərliyi tərəfindən imzalanmış sertifikat təqdim ediləcəkdir;4. Proqram müddətində yüksək nəticə göstərən, məsuliyyətli və fərqlənən könüllülərin klinikada işlə təmin olunması imkanı nəzərdən keçiriləcəkdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.