Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Təhsil və Təlim üzrə Koordinator

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍Sofcons.cz Komandamıza yeni üzv axtarırıq — Təhsil və Təlim üzrə Koordinator! 📣 Təhsil və təlim proseslərinin koordinasiyasında rol almaq, dinamik mühitdə çalışmaq və peşəkar inkişaf imkanlarından yararlanmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri:• Təlim proqramlarının hazırlanması və təşkilati proseslərin koordinasiya edilməsi;• Yeni təlimçilərin axtarışı, qiymətləndirilməsi və təlim prosesinə cəlb olunması;• Təlimçi namizədləri üçün demo-dərs, təqdimat, master-klass və workshopların təşkili;• Müvafiq sahələr üzrə tanınmış mütəxəssislərlə əlaqələrin qurulması və tədbirlərin keçirilməsi;• Təlim cədvəllərinin hazırlanması, dərs günləri və saatlarının təlimçilərlə razılaşdırılması;• Təlimçilər, iştirakçılar və korporativ müştərilərlə gündəlik kommunikasiyanın aparılması;• Təlim qruplarının formalaşdırılması, qeydiyyatın və iştirakçı məlumatlarının bazaya daxil edilməsi;• İştirakçılara dərs cədvəli, ünvan, onlayn keçid və digər zəruri məlumatların təqdim olunması;• Tədris materiallarının hazırlanmasına və vaxtında paylaşılmasına nəzarət edilməsi;• Əyani və onlayn təlimlərin təşkilati və texniki təminatının həyata keçirilməsi;• Davamiyyətin, imtahan nəticələrinin və iştirakçı rəylərinin qeydə alınması və ümumiləşdirilməsi;• Sertifikatların hazırlanması, yoxlanılması və təqdim edilməsinin təşkili;• Sosial media, telefon, elektron poçt və digər kanallardan daxil olan müraciətlərin operativ cavablandırılması;• Korporativ təlim sifarişləri üzrə ilkin məlumatların toplanması və aidiyyəti əməkdaşlara ötürülməsi;• Təlim proqramları, iştirakçılar, ödənişlər və nəticələr üzrə hesabatların hazırlanması;• Təlim mərkəzinin gündəlik fəaliyyətindən irəli gələn digər təşkilati işlərin yerinə yetirilməsi. Namizədə tələblər:• Ali təhsil;• Təlim, təhsil, layihələrin koordinasiyası, müştəri xidmətləri, satınalma, təchizat prosesləri və ya inzibati sahədə iş təcrübəsi arzuolunandır;• Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;• İngilis dili və rus dili biliyi üstünlükdür;• MS Office proqramlarında işləmək bacarığı;• Güclü təşkilatçılıq və koordinasiya bacarığı;• Eyni vaxtda bir neçə işi planlaşdırmaq və icra etmək bacarığı;• Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;• İnsanlarla düzgün və nəzakətli kommunikasiya qurmaq bacarığı;• Komandada işləmək və yaranan məsələlərə operativ yanaşmaq bacarığı. İş şəraiti:• İş qrafiki: Tam ştat (09:00-18:00)• İş yeri: Caspian Plaza• Peşəkar və inkişafyönümlü iş mühiti;• Təlim və təhsil sahəsində praktiki təcrübə qazanmaq imkanı;• Müxtəlif təlimçilər, iştirakçılar və korporativ şirkətlərlə işləmək imkanı;• Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.📩 Maraqlanan namizədlər CV-lərini, "Təhsil və Təlim üzrə Koordinator" başlığı altında n.mammadova@sofcons.cz elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.