Vakansiya haqqında
Bank haqqındaBiz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.Rol haqqındaQırmızı Ürəklər Fondunun tədbirlərinin təşkilinə cavabdeh olacaq aktiv və ünsiyyət bacarıqları yüksək olan Tədbirlərin təşkili üzrə təcrübəçi axtarırıq.ÖhdəliklərTədbirə dair planlamanın həyata keçirilməsində yaxından iştirak etməlidir;Tədbir və layihələrin plana uyğun təşkilinə nəzarət etməlidir;Tədbirlər zamanı büdcələmədə yaxından iştirak etməlidir;Tədbirlər ilə əlaqədar olaraq ehtiyacların müəyyən olunmasında və ona uyğun resursların təmin olunmasında yaxından iştirak etməlidir;Layihənin gedişatına və tələblərinə əsasən tədbirlər ilə bağlı əlavə lazımi işləri görməlidir;Tədbirlərlə əlaqədar görüşlərdə iştirak etməlidir;Tədbirlərə uyğun təqdimatlar hazırlamalıdır;Tədbirlərin ehtiyaclarına uyğun olaraq vendorların tapılmasında yaxından iştirak etməlidir;Fəaliyyətinə uyğun olaraq aylıq hesabatlar təqdim etməlidir.TələblərAli təhsilə;Ofis proqramlarında (xüsusilə, PowerPoint, Excel) işləmə bacarığına;Verilən tapşırıqlar əsasında araşdırmalar etmək bacarığına;Ünsiyyət bacarıqlarına, operativliyə, təşəbbüskarlığa, komanda ruhuna;Koordinasiya etmə, məsuliyyət və dəqiqlik kimi keyfiyyətlərə;Təşkilatçılıq, idarəetmə bacarıqlarına sahib olmaq.ÜstünlüklərDəstəkləyici mühitİnkişaf imkanlarıSahə üzrə praktiki biliklərə yiyələnmək imkanı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
