Vakansiya haqqında
“Tədarük departamentinin direktoru” vakansiyası üzrə işçi axtarışı elan edilir! Vəzifə öhdəlikləri: • Müəssisənin tədarük və satınalma strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək;• Tədarük zəncirinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin olunmasını təşkil etmək;• Təchizatçılarla əməkdaşlıq strategiyasını formalaşdırmaq və müqavilə danışıqlarını idarə etmək;• Tədarük xərclərinin optimallaşdırılması və resurslardan səmərəli istifadənin təmin edilməsi üzrə tədbirlər həyata keçirmək;• Məhsul ehtiyaclarının proqnozlaşdırılması və planlaşdırılması məqsədilə data analizləri aparmaq;• Meyvə-tərəvəz və kənd təsərrüfatı məhsullarının tədarük proseslərinin effektiv idarə olunmasını təmin etmək;• Tədarük fəaliyyətinin nəticələri üzrə hesabatların hazırlanmasını və təhlilini həyata keçirmək;• Risklərin qiymətləndirilməsi və alternativ tədarük mənbələrinin müəyyənləşdirilməsini təmin etmək.Tələblər:• İqtisadiyyat, logistika, təchizat zənciri idarəetməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;• Tədarük və satınalma sahəsində minimum 5 il iş təcrübəsi;• Rəhbər vəzifədə minimum 3 il təcrübə;• Kənd təsərrüfatı və meyvə-tərəvəz məhsullarının tədarükü sahəsində təcrübə;• Planlama, proqnozlaşdırma və data analizi bacarıqları;• ERP və satınalma sistemləri ilə işləmə təcrübəsi;• Güclü danışıqlar aparmaq və liderlik bacarıqları;• Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar səviyyədə bilik.İş rejimi:• 5 günlük iş qrafiki;• İş saatı 09:00-18:00.Qeyd: CV-lərinizi mövzu hissəsində “Tədarük departamentinin direktoru” yazaraq qeyd edilən elektron poçt ünvanına göndərin. (azheadhunt@gmail.com )Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
