Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsi Təcrübəçi / Kiçik mühasib vəzifəsi üzrə vakansiya elan edir.Əsas vəzifə öhdəlikləriİlkin mühasibat sənədlərinin yoxlanılmasında və mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək;Alış, satış və qaytarma əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərmək;Mağazalar üzrə kassa və POS-terminal hesabatlarının yoxlanılmasında iştirak etmək;Bank və kassa əməliyyatlarının uçotuna dəstək göstərmək;Təchizatçılarla üzləşdirmələrin aparılmasında iştirak etmək;Ay bağlanışı və dövri hesabatların hazırlanması proseslərinə dəstək göstərmək;Mühasibat sənədlərinin sistemləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;Rəhbər tərəfindən verilən digər mühasibatlıq tapşırıqlarını yerinə yetirmək.Namizədə dair tələblərMühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil almaq və ya müvafiq ixtisas üzrə sonuncu kurs tələbəsi olmaq;Mühasibat uçotunun əsasları üzrə ilkin nəzəri biliklərə malik olmaq;MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı;1C və ya digər ERP sistemləri üzrə biliklərə üstünlük verilir;ACCA F3 (Financial Accounting) üzrə biliklərə və ya müvafiq imtahanı uğurla vermiş namizədlərə üstünlük verilir;Öyrənməyə həvəsli olmaq, detallara diqqət yetirmək və komanda ilə işləmək bacarığı;İş təcrübəsi tələb olunmur.İş şərtləriİş yeri: Rahat Supermarketlər şəbəkəsiİş qrafiki: 5 günlük iş həftəsiƏmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təcrübəçi / Kiçik mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
