Vakansiya haqqında
TəsvirMaliyyə şöbəsinin gündəlik fəaliyyətində iştirak edilməsi;Maliyyə məlumatlarının toplanması, sistemləşdirilməsi və ilkin təhlilində iştirak edilməsi;Büdcə və planlaşdırma proseslərinə dəstək göstərilməsi;Maliyyə hesabatlarının hazırlanmasında və yoxlanılmasında iştirak edilməsi;Müxtəlif maliyyə göstəricilərinin təhlili və müqayisəsində iştirak edilməsi;Xərclərin izlənilməsi və optimallaşdırılması ilə bağlı proseslərdə iştirak edilməsi;Sadə maliyyə modellərinin hazırlanmasına dəstək göstərilməsi;Excel proqramında məlumatların işlənməsi və hesabatların hazırlanmasında iştirak edilməsi;Müvafiq sənədlərin hazırlanması və daxili yazışmalarda iştirak edilməsi;Şöbənin digər cari tapşırıqlarının icrasında iştirak edilməsi. TələblərTəhsil: Maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə 4-cü kurs tələbələri və ya magistratura səviyyəsində təhsil alan şəxslər;İş təcrübəsi: Tələb olunmur (maliyyə sahəsi üzrə baza biliklərinin olması üstünlükdür);Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;Excel proqramında ilkin səviyyədə işləmə bacarığı;Öyrənməyə açıq, məsuliyyətli və diqqətli olmaq;Komanda ilə işləmə və ünsiyyət bacarıqları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
