Vakansiya haqqında
BAKU JUNIOR CAMPUS Tədris Mərkəzinin TÜRKİYƏNİN NÜFUZLU UNİVERSİTETLƏRİ İLƏ BİRGƏ SERTİFİKAT PROQRAMI!Biliklərini artır, təcrübə qazan, gələcəyinə investisiya et!Uşaqlarla işləməyə həvəslisən? Təhsil sahəsində peşəkar inkişaf etmək, yeni biliklər və praktiki təcrübə qazanmaq, gələcək karyeran üçün yeni imkanlar əldə etmək istəyirsən?O zaman bu proqram məhz sənin üçündür!Baku Junior Campus və İstanbul İşletme Enstitüsünün birgə təqdim etdiyi 3 aylıq Sertifikat Proqramı tələbələrə və yeni məzunlara erkən uşaq inkişafı, məktəbəqədər təhsil və ibtidai sinif istiqamətlərində nəzəri biliklərə yiyələnmək və praktiki iş təcrübəsi qazanmaq imkanı yaradır.Proqram çərçivəsində:Erkən uşaq inkişafı üzrə nəzəri biliklər;Məktəbəqədər təhsil və uşaqlarla iş metodları;İbtidai sinif şagirdləri ilə işin təşkili;Təhsil sahəsində peşəkar mütəxəssislərdən öyrənmək imkanı;Praktiki təcrübə və gələcək karyera üçün yeni perspektivlər.Proqramın sonunda iştirakçılar həm İstanbul İşletme Enstitüsünün, həm də Baku Junior Campusun sertifikatını əldə edəcəklər.👩🎓Kimlər iştirak edə bilər?Təhsil sahəsində inkişaf etmək istəyən tələbələr, yeni məzunlar və uşaqlarla işləməyə marağı olan şəxslər.📅 Qeydiyyat üçün son tarix: 15 Noyabr📩 Qeydiyyat üçün: CV-nizi və şəxsiyyət vəsiqənizin surətini bakujuniorcamp@gmail.com elektron poçt ünvanına göndərin.💳 Qeyd: Proqram ödənişlidir.Baku Junior Campus “Məktəbim” layihəsinin üzvüdür. Proqram Təhsil Nazirliyinin nəzarəti altındadır.✨ Gələcəyini bu gündən qur! Təhsil sahəsində ilk addımını bizimlə at və biliklərini real təcrübə ilə tamamla!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
