Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Dövlət Radiotezliklər İdarəsi

Təchizat və təsərrüfat şöbəsi / Şöbə müdirinin müavini

BakıMənbə: Work.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:DRİ-nin satınalmaları (“Dövlət satınalmaları haqqında” qanunvericilik üzrə) siyasətinin hazırlanması və həyata keçirilməsində şöbə müdirinin rəhbərliyi çərçivəsində iştirak etmək;İllik satınalma planının hazırlanması və icrasının təşkilində şöbə müdirinin göstərişlərinə əsasən fəaliyyət göstərmək;Satınalmaların təşkili üçün müsabiqə komissiyasının formalaşdırılması ilə bağlı təkliflər hazırlamaq və təqdim etmək;Satınalmanın əsas şərtlər toplusunun hazırlanmasında iştirak etmək;Keçirilmiş satınalmanın qalibi ilə müqavilələrin imzalanmasını təmin etmək;Satınalma müqavilələrinin şərtlərinin icrasına nəzarət etmək;Satın alınan malların, işlərin və xidmətlərin müvafiq keyfiyyət tələblərinə uyğunluğunu yoxlamaq;Satınalma nəticələrinin təhlili və qiymətləndirilməsində məlumat toplamaq və hesabatların hazırlanmasında iştirak etmək;Keçirilmiş satınalmalar, bağlanmış müqavilələr və icra vəziyyəti ilə bağlı məlumatları toplamaq və hesabatların hazırlanmasında iştirak etmək;DRİ-nin fəaliyyət istiqamətləri üzrə satınalmalar sahəsində monitorinqlərin aparılmasında iştirak etmək;DRİ-nin təsərrüfat fəaliyyəti üçün zəruri avadanlıq, material, mebel, ofis texnikası və kargüzarlıq ləvazimatlarının təmin olunmasını təşkil etmək;Maddi-texniki təminat və təmir-istismar tələblərinin cari və perspektiv layihələrinin hazırlanmasında iştirak etmək;Əməyin mühafizəsi üzrə standart və qaydaların tələblərinə əməl olunmasına nəzarət tədbirlərini həyata keçirmək;Quraşdırmaların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət olunmasını təmin etmək;DRİ-nin balansında olan nəqliyyat vasitələrinin istismarı, texniki baxışı, təmiri və ehtiyat hissələrinin alınması işlərinə nəzarət etmək;İstifadədə olan iş sahələrinin, inventar və avadanlıqların səmərəli istifadə olunmasına, təmir və qorunmasına dair tədbirləri həyata keçirmək; Vəzifə üzrə tələblər:Müvafiq sahə üzrə (maliyyə, iqtisadiyyat və s.) ali təhsil;Dövlət satınalmaları haqqında qanunvericilik üzrə biliklər;etender.gov.az portalından istifadə təcrübəsi;İş yükünün planlaşdırılması və prioritetlərin düzgün müəyyən edilməsi;Yüksək təqdimat və hesabatlılıq bacarıqları;Liderlik keyfiyyətləri və komandanı ortaq hədəflər ətrafında birləşdirmək bacarığı;Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili biliyi arzuolunandır;MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel)

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.