Vakansiya haqqında
📍KM ServicesTəchizat sahəsində dərin biliklərə sahib olmaq və öyrəndiklərini tətbiq etmək istəyən gənc, çevik və enerjili gəncləri komandamıza dəvət edirik.Tələblər:Təhsil: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya Texniki sahələr üzrə bakalavr dərəcəsi) - Diplom və qiymətlər cədvəlini CV ilə birlikdə göndərməyiniz xahiş olunur.Kompüter bilikləri: MS Office proqramları;Dil bilgisi: Azərbaycan dili və İngilis diliİş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00) nahar fasiləsi (13:00-14:00)Əmək haqqı: 600 AZN NETTYalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.İşin təsviri:Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;Potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərilməsi;Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi;Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;Hesabatların hazırlanması və analiz olunması.Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
