Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Tarix ixtisası üzrə müəllim

QarabağMənbə: Work.az

Vakansiya haqqında

📍Qarabağ Universiteti 2026-2027-ci tədris ili üçün “Asiya və Afrika ölkələri tarixi”, “Avropa və Amerika ölkələri tarixi”, “Türk xalqları tarixi”, “Şərq xalqları tarixi”, “Azərbaycan tarixi” istiqamətləri üzrə müəllim işə qəbul elan edir.İşin təsviri:Dərs yükünə uyğun fənlərin tədrisi;Fənn sillabuslarının hazırlanması; Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;Tədris prosesindən əlavə fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.Tələblər:Tarix sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura təhsili və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq tələb istisna edilə bilər);Tədqiqat bacarığı;Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;Minimum B2 səviyyəsində ingilis dili bilikləri;Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;Yüksək kommunikasiya bacarığı;Liderlik və idarəetmə bacarıqları.Qeyd: Asiya və Afrika ölkələri tarixi, Avropa və Amerika ölkələri tarixi fənlərinin tədrisi üçün ingilis dili biliyi mütləqdir.Tələb olunan sənədlər:CV (ingilis dilində);Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);Motivasiya məktubu (maksimum 500 söz).Təklif etdiyimiz üstünlüklər: Rəqabətədavamlı əməkhaqqıElmi-tədqiqat mühiti Xankəndidə mənzillə təminatAkademik inkişaf imkanlarıEkoloji təmiz və yaşıl şəhərMaraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Asiya və Afrika ölkələri tarixi istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir. Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.