Vakansiya haqqında
📍Balique 2023 Ltd MMC Vəzifənin məqsədiŞirkətin məhsullarının müştərilərə vaxtında, təhlükəsiz və keyfiyyət tələblərinə uyğun şəkildə çatdırılmasını təmin etmək. Daşınma zamanı məhsulların temperatur rejiminin və gigiyenik normaların qorunmasına nəzarət etmək.Tələblər:Anbardan məhsulları qaimə əsasında təhvil almaq və müştərilərə vaxtında çatdırmaq.Məhsulların daşınması zamanı temperatur rejimi qaydalarına riayət etmək.Çatdırılma zamanı malların bütövlüyünü və keyfiyyətini qorumaq.Müştərilərə təqdim edilən qaimə, hesab-faktura və digər sənədlərin düzgün imzaladılmasını təmin etmək.Nağd və ya POS vasitəsilə ödənişləri qəbul etmək (əgər tətbiq edilirsə) və vaxtında mühasibatlığa təhvil vermək.Gündəlik marşrut üzrə çatdırılmaları plan üzrə icra etmək.Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək, nasazlıq olduqda rəhbərliyə məlumat vermək.Avtomobilin sanitar vəziyyətini daim təmiz və qida daşınmasına uyğun saxlamaq.Yanacaq sərfiyyatına nəzarət etmək və yol vərəqələrini düzgün doldurmaq.Müştərilərlə etik və nəzakətli davranmaq, şirkətin imicini qorumaq.Hazır sifarişlərin qaimə əsasında yoxlanılmasında iştirak etmək, məhsulların çeşid və miqdar baxımından uyğunluğunu təmin etmək və malların nəqliyyat vasitəsinə düzgün şəkildə yüklənməsinə nəzarət etmək.Rəhbərlik tərəfindən müəyyən edilmiş ünvanlardan və ya təchizat nöqtələrindən malların vaxtında və düzgün şəkildə götürülməsini təmin etmək.Götürülmüş sifarişlərin anbara təhvil verilməsi prosesində digər əməkdaşlarla birlikdə iştirak etmək və malların düzgün şəkildə anbara yerləşdirilməsinə nəzarət etmək.Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.İş şəraiti:Əmək qanunvericiliyinə uyğun rəsmiləşməKaryera inkişaf imkanıMehriban və peşəkar komandaMaraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Sürücü” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
