Vakansiya haqqında
📍Ferrum Capital QSC Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində sürücü vakansiyasını elan edir.Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır. Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır. Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər. Hansı özəlliklərə malik olmalıdır? 23-40 yaş aralığıŞəxsi avtomobilə malik olmalıŞəhəri yaxşı tanımalıNizam-intizamlı, məsuliyyətli olmalıEtik davranış və yol hərəkəti qaydalarına riayət etməli Sürücü nə iş görür?Şirkət əməkdaşlarının təyin olunmuş ünvanlara çatdırılmasıXidməti tapşırığı yerinə yetirmək üçün rayonlara ezama gedilməsiRəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi Əlavə məlumat 5 günlük iş qrafikiƏmək haqqı: 700 AZNDigər xərclər şirkət tərəfindən qarşılanacaq Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Sürücü” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
