Vakansiya haqqında
Caspel Süni intellekt departamentinin komandasına Süni intellekt üzrə mühəndis axtarılır!TələblərKompüter elmləri, süni intellekt, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;Süni intellekt və ya proqram təminatının hazırlanması sahəsində minimum 1 il iş təcrübəsi;Python proqramlaşdırma dili üzrə güclü biliklər;Böyük dil modelləri (LLM) ilə iş təcrübəsi — həm kommersiya (OpenAI, Anthropic, Google), həm də açıq mənbəli (Llama, Mistral, Qwen) modellər;RAG arxitekturalarının qurulması və vector verilənlər bazaları (FAISS, Qdrant, Milvus, pgvector) ilə iş təcrübəsi;AI agent framework-ləri (LangChain, LangGraph, LlamaIndex) üzrə təcrübə;LLM fine-tuning (LoRA/QLoRA) və prompt engineering üzrə biliklər;Computer Vision, STT və ya TTS texnologiyaları ilə iş təcrübəsi;REST API-lərin hazırlanması (FastAPI) və mikroservis arxitekturası üzrə biliklər;Docker, Kubernetes, Linux, Git və CI/CD üzrə biliklər;LLMOps/MLOps alətləri və model monitorinqi üzrə biliklər;Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi.ÖhdəliklərLLM əsaslı məhsulların — chatbot, AI agent və RAG sistemlərinin arxitekturasının qurulması, hazırlanması və təkmilləşdirilməsi;LLM-lərin fine-tuning edilməsi, qiymətləndirilməsi (evaluation) və biznes tələblərinə uyğunlaşdırılması;Computer Vision və Speech AI (STT/TTS) həllərinin hazırlanması və mövcud sistemlərə inteqrasiyası;AI modellərinin API-lər vasitəsilə korporativ sistemlərə inteqrasiyasının həyata keçirilməsi;AI həllərinin production mühitinə çıxarılması, miqyaslandırılması və stabil işləməsinin təmin edilməsi;AI sistemlərində təhlükəsizlik mexanizmlərinin (guardrails) tətbiqi və keyfiyyətə nəzarət;Demo və POC (proof-of-concept) həllərinin hazırlanması (Streamlit, Gradio və s.);Sahə üzrə yeni model və metodologiyaların araşdırılması və layihələrdə tətbiqi;Məhsul və biznes komandaları ilə əməkdaşlıq və texniki sənədləşdirmənin aparılması;Komandanın gənc üzvlərinə və təcrübəçilərə mentorluq dəstəyinin göstərilməsi.Şəxsi keyfiyyətlərAnalitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;Məsuliyyətlilik və nəticəyönümlülük;Komandada işləmək və effektiv ünsiyyət bacarığı;Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;Diqqətlilik və işə keyfiyyətli yanaşma;Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.Əlavə məlumatlarƏmək haqqı: razılaşma yolu ilə;İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Süni intellekt üzrə mühəndis (AI Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
