Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Süni intellekt üzrə mühəndis (AI Engineer)

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍İcbari Sığorta BürosuTəsvir· Biznes tələblərini başa düşmək, təhlil etmək və təşkilat üçün süni intellekt (AI) və maşın öyrənməsi (ML) imkanlarını müəyyən etmək; · Müasir AI alətlərini, LLM (Böyük Dil Modelləri) və ML çərçivələrini araşdırmaq, uyğun olanları seçmək və biznes proseslərinə tətbiq etmək; · Mövcud İT sistemlərinin vəziyyətini təhlil etmək və AI modellərinin bu sistemlərlə (mikroservislər və verilənlər bazaları) inteqrasiyasını təmin etmək; · Verilənlərin toplanması, təmizlənməsi, emalı və modellər üçün hazırlanması proseslərini qurmaq və optimallaşdırmaq · Biznes ehtiyaclarına cavab verən proqnozlaşdırıcı modellər, çat-botlar və ya avtomatlaşdırma həlləri hazırlamaq; · AI modellərinin dəqiqliyini, performansını və təhlükəsizliyini (data məxfiliyi) təmin etmək, texniki riskləri müəyyən etmək və həll yolları təklif etmək; · Hazırlanmış həllərin İT komandası tərəfindən mənimsənilməsinə dəstək olmaq, rəhbərə texniki hesabatlar vermək və mürəkkəb problemlərin həllində iştirak etmək; · Modellərin və alqoritmlərin texniki sənədləşməsini dəqiq və vaxtında hazırlamaq. · Birbaşa rəhbər ilə işləyərək süni intellekt üzrə strateji təşəbbüslərin formalaşdırılmasında iştirak etmək · Zərurət olduqda digər komandalara texniki məsləhət və metodoloji dəstək göstərmək. Tələblər· Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, Riyaziyyat və ya oxşar sahələr arzuolunandır); · Süni intellekt, maşın öyrənməsi və ya data sahəsində minimum 2–3 il iş təcrübəsi; · Real layihələrdə ML modellərinin istehsal mühitinə çıxarılması üzrə təcrübə arzuolunandır. Dil bilikləri: · Azərbaycan dili – əla · İngilis dili – yaxşı Texniki biliklər: · Python proqramlaşdırma dili üzrə dərin biliklər; · Maşın öyrənməsi və dərin öyrənmə alqoritmləri üzrə biliklər; · TensorFlow, PyTorch kimi kitabxanaların biri ilə praktiki təcrübə; · Verilənlərin emalı və analizi (məsələn: Pandas, NumPy) üzrə təcrübə; · Model qiymətləndirmə, tuning və validation metodları üzrə biliklər; · SQL və verilənlər bazaları ilə işləmə bacarığı (PostgreSQL, MySQL); · REST API-lər vasitəsilə AI modellərinin inteqrasiyası üzrə anlayış arzuolunandır; · Docker və CI/CD prosesləri üzrə baza bilikləri arzuolunandır; · Linux mühitində işləmə təcrübəsi; · Məlumat təhlükəsizliyi və məxfilik prinsipləri üzrə ümumi biliklər. Yumşaq bacarıqlar: · Analitik düşünmə və problem həll etmə bacarığı; · Mürəkkəb texniki anlayışları aydın və strukturlaşdırılmış şəkildə izah etmək bacarığı; · Komanda daxilində və rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı; · Öyrənməyə açıq olmaq və yeni texnologiyalara tez adaptasiya; · Agile və iterativ iş mühitində işləmə təcrübəsi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.