Vakansiya haqqında
Təsvirİnnovasiya Strategiyası və Sektorlar üzrə Koordinasiya: Strateji Korporativ İnnovasiya siyasətlərinin hazırlanması və tətbiqiNəqliyyat, kənd təsərrüfatı, enerji, sənaye, texnologiyalar və digər əsas sahələrdə texnoloji və innovativ yanaşmaların təşviqi Dövlət-özəl tərəfdaşlığı (DÖSƏ) əsasında birgə layihələrin həyata keçirilməsi və koordinasiyası Prioritet texnologiyaların və trendlərin müəyyən edilməsi, texnoloji yol xəritələrinin hazırlanması Normativ-hüquqi təşəbbüslər və innovasiya üçün maliyyələşmə mexanizmlərinin təşkili İxtisaslaşmış texnoparklar, klasterlər və innovasiya mərkəzləri ilə koordinasiya və məhsul kommersiyalaşdırılması fəaliyyətləri üzrə təşviq edici layihələr Qlobal və yerli partnyorlarla əlaqələrin yaradılması, innovasiya diplomatiyasının təşviqi.TələblərƏsas vəzifələr:Şöbənin fəaliyyətini əsasnaməyə uyğun təşkil etmək və daimi nəzarətdə saxlamaq Şöbənin ümumi fəaliyyətinin strateji planlaşdırılması və idarə edilməsi Alt-sektorlar üzrə iş bölgüsünün və hədəf nəticələrinin müəyyənləşdirilməsi Şöbə əməkdaşlarının fəaliyyətlərinin koordinasiyası, performanslarının izlənməsi və inkişaf etdirilməsi Layihələrin vaxtında, keyfiyyətli və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin etmək Hesabatlılıq sisteminin qurulması və rəhbərliyə innovasiya fəaliyyəti ilə bağlı analitik hesabatların təqdim olunması Strateji sektorlarla bağlı innovasiya siyasətinin həyata keçirilməsinə dair təhlilin aparılması, icrasına nəzarət olunması və qabaqlayıcı tədbirlərin hazırlanması Strateji sektorlar üzrə dövlət və özəl qurumlarda innovativ mədəniyyətin formalaşdırılmasına yönəlmiş tədbirlərin təşkili Yerli və beynəlxalq maraqlı tərəflərlə əlaqələrin gücləndirilməsi və innovativ əməkdaşlıq imkanlarının təşviqi.Komanda idarəetmə bacarıqları:Komandanın məqsəd və vəzifələrə uyğun şəkildə təşkili və motivasiyası Əməkdaşlar arasında effektiv kommunikasiya mühitinin qurulması Fərqli peşə və ixtisas sahiblərindən ibarət komandaları idarə etmək və birgə nəticəyə yönəltmək bacarığı Dəyişən prioritetlərə çevik uyğunlaşma və operativ qərarvermə qabiliyyəti İxtilafların idarə olunması və əməkdaşlar arasında ahəngdar iş mühitinin qorunması Performansa əsaslanan idarəetmə yanaşması və inkişaf planlarının qurulması Komanda üzvlərinə dəstək verərək onların potensialını maksimuma çatdırmaq bacarığı Liderlik və mentorluq keyfiyyətləri ilə şöbə daxilində davamlı öyrənmə və inkişaf mühitinin təşviqi.Ümumi tələblər:İqtisadiyyat, innovasiya idarəçiliyi, biznesin idarə olunması, və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür) Strateji innovasiya fəaliyyətlərinin, xüsusilə innovasiya proqramlarının və layihələrin idarə olunması sahəsində sübut olunmuş minimum 1 illik təcrübə, ümumilikdə ən azı 3 il rəhbər (taktiki və ya strateji) vəzifədə iş stajı (bəhs edilən sahədə olmaya bilər) Müxtəlif maraqlı tərəflərlə effektiv kommunikasiya və koordinasiya bacarıqları, o cümlədən dövlət qurumları və özəl sektorla işləmə təcrübəsi Komanda rəhbərliyi, performansın idarə olunması və fasilitasiya üzrə peşəkarlıq Yüksək səviyyədə ünsiyyət, təqdimat və qərarvermə bacarıqları Strateji düşüncə və problemləri analitik şəkildə həll etmə qabiliyyəti Innovasiyaların İdarə Edilməsi üzrə beynəlxalq sertifikatlar üstünlük hesab olunur Təzyiq altında işləmək və eyni vaxtda bir neçə layihəni paralel şəkildə effektiv idarə etmək bacarığı Detallara diqqət yetirməklə yanaşı böyük mənzərəni (strateji hədəfləri) görmək bacarığı İngilis və Azərbaycan dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı Kompüter biliyi: Microsoft Office proqramları (Outlook, Teams, PPT, Excel və s.).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
