Vakansiya haqqında
📍 Tamstore MMC “Soyuducu sistemləri üzrə mühəndis” vakansiyası elan edir:Əsas vəzifə öhdəlikləri:· Soyuducu sistemlərin quraşdırılması, sazlanması və istismarını təmin etmək;· Mövcud sistemlərin texniki vəziyyətinə daimi nəzarət etmək üçün servis əməkdaşlarını yönləndirmək və planlı profilaktik baxış keçirmək;· Yaranmış nasazlıqların aradan qaldırılması üçün servis şirkətini aidiyyati marketə yönləndirmək və işi icrasına nəzarət etmək;· Enerji səmərəliliyinin artırılması və qənaət tədbirləri üzrə təkliflər hazırlamaq;· İstismar və təmir işləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;· Soyuducu sistemlər üçün lazım olan ehtiyat hissələri, alətlər və materialların siyahısını tərtib etmək;· Yeni avadanlıqların seçilməsi və quraşdırılmasında iştirak etmək;· Hesabat, texniki sənədləşmə və iş jurnallarını aparmaq;· İşçilərə soyuducu sistemlərin düzgün istifadəsi və təhlükəsizlik qaydaları barədə təlim keçmək. Tələblər:· Retail sektorunda minimum 2 il iş təcrübəsi;· Nəqliyyat vasitəsinin olması;· MS Office bilikləri;· Stressə davamlılıq;· Kollektivdə işləmək bacarığı;· Ezamiyyətlərə açıq olmaq;· Ali təhsil olması üstünlükdür. İş şərtlərimiz:· İş qrafiki: Tam iş günü (5 gün);· İş saatları: 09:00-18:00;· İş yeri: Ərazi. Biz nə təklif edirik:· Əmək bazarında rəqabətli əməkhaqqı;· Peşəkar komanda mühiti;· Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Soyuducu sistemləri üzrə mühəndis” yazaraq cv@tamstore.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
