Vakansiya haqqında
📢 “Sosial Tərəfdaş” Yay Təcrübə Proqramına Qeydiyyat Başladı!Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sosial Tərəfdaş” layihəsi çərçivəsində ödənişsiz yay təcrübə proqramına qeydiyyat açıqdır.Bu proqram sosial sahəyə maraq göstərən tələbə və yeni məzunlar üçün real layihələrdə iştirak etmək, praktiki bacarıqlar qazanmaq və peşəkar inkişaflarını sürətləndirmək imkanı yaradır.📌 Proqram çərçivəsində əldə edəcəksiniz:✅ Sosial layihələrin təşkili və icrasında praktiki təcrübə✅ Komanda işi və ünsiyyət bacarıqlarının inkişafı✅ Rəsmi sertifikat əldə etmək imkanı✅ CV üçün təcrübə və tövsiyə məktubu imkanıℹ️ Qeyd: Təcrübə proqramı ödənişsizdir və təcrübəçilər gündəlik olaraq 3 saat fəaliyyət göstərəcəklər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
