Vakansiya haqqında
Kingsmart komandasına Sosial Media Meneceri axtarılır!Rəqəmsal marketinq sahəsində özünü inkişaf etdirmək, kreativ ideyalarını reallaşdırmaq və dinamik komandada çalışmaq istəyirsənsə, səni Kingsmart komandasında görməkdən məmnun olarıq.Vəzifə öhdəlikləri:• Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və s.) peşəkar şəkildə idarə olunması;• Aylıq kontent planının hazırlanması və icrası;• Kreativ post, story və video məzmunları üçün ideyaların hazırlanması;• Sosial media trendlərinin izlənilməsi və brend strategiyasına uyğun tətbiqi;• Reklam kampaniyalarının planlaşdırılması və nəticələrinin təhlili;• Sosial media göstəricilərinin analiz edilməsi və mütəmadi hesabatların hazırlanması.Namizədə tələblər:✔️ Sosial media idarəçiliyi sahəsində iş təcrübəsi;✔️ Kreativ düşüncə və yüksək yazılı ünsiyyət bacarığı;✔️ Məsuliyyətli, təşəbbüskar və komandada işləmək bacarığı;✔️ Meta Business Suite, Canva və digər müvafiq alətlərlə işləmək bacarığı üstünlükdür.💰 Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.📩 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media Meneceri” qeyd etməklə selale@kingsmart.az elektron poçt ünvanına göndərə bilərlər.Kingsmart komandasının bir parçası ol, ideyalarınla fərq yarat! 🚀
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
