Vakansiya haqqında
📍Superfon Vəzifə öhdəlikləri:Şirkətin sosial media hesabları (Facebook, Instagram, LinkedIn, TikTok və s.) üçün kreativ və cəlbedici kontentin hazırlanması;Sosial media paylaşımların edilməsi və mətnlərin (caption) hazırlanması;Kontentin hazırlanması və montajı üçün Canva, CapCut və ya digər proqramlardan istifadə;Sosial media trendlərini izləmək və trendlərə uyğun kontent ideyaları təqdim etmək;Brendin imicinə uyğun vizual və mətn kontentinin yaradılmasında marketinq komandası ilə əməkdaşlıq;Hazırlanan kontentin performansının izlənilməsi və nəticələrə əsasən yeni ideyaların təklif edilməsi.Sosial mediadan gələn sorğuların cavablandırılmasıMeta və Google Ads platformaları üzrə biliklər üstünlükdürTələblər:Ali təhsil;SMM və ya rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;Canva, CapCut, Photoshop üzrə ilkin biliklər və ya analoji proqramlarda işləmək bacarığı üstünlükdür;Kreativ düşüncə, trendləri izləmək və yeniliklərə açıq olmaq;Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dili biliyi üstünlükdür.Təminatlar:Nahar ilə təmin edilmə;Əmək bazarına uyğun rəqabətli əmək haqqı;Korporativ mobil nömrə.CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Sosial Media Meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
