Vakansiya haqqında
📍Şirkət: Improve GroupVakansiya: Sosial Media Marketinqi üzrə MütəxəssisƏsas vəzifə öhdəlikləri:- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) gündəlik idarə olunması;- Kontent planlarının hazırlanması, idarə olunması və icrası;- Post, storis, reels və digər məzmunların hazırlanması və paylaşılması;- Restoran filialları və əyləncə mərkəzlərində foto və video çəkilişlərin həyata keçirilməsi;- Çəkilmiş materialların CapCut, Canva və digər mobil tətbiqlər vasitəsilə ilkin montaj və redaktəsinin aparılması;- Sosial media kampaniyalarının və reklam fəaliyyətlərinin dəstəklənməsi;- Sosial media göstəricilərinin izlənilməsi, təhlili və mütəmadi hesabatların hazırlanması;- İzləyicilərdən daxil olan sorğu və rəylərin operativ cavablandırılması;- Yeni kontent ideyalarının hazırlanması və sosial media trendlərinin araşdırılması;- Brend standartlarına uyğun kommunikasiya və vizual təqdimatın təmin edilməsi;- Engagement və izləyici artımına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi;- Viral və trend kontentlərin araşdırılması və tətbiqi;- Bir neçə brend üzrə sosial media fəaliyyətlərinin koordinasiyası. Kvalifikasiya tələbləri:Təhsili: Ali və ya orta ixtisas təhsili;İş təcrübəsi: Sosial media sahəsində minimum 1 il iş təcrübəsi. Tələb olunan bilik və bacarıqlar:- Sosial media platformalarının alqoritmləri və işləmə prinsipləri üzrə biliklər;- Mobil telefon vasitəsilə keyfiyyətli foto və video çəkiliş bacarığı;- CapCut, Canva və ya oxşar proqramlarda işləmək bacarığı;- Kontent planlama və sosial media idarəetmə bacarıqları;- Kreativ düşüncə və ideya yaratma bacarığı;- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;- Analitik düşünmə və nəticəyönümlü fəaliyyət göstərmə bacarığı;- Trendlərə sürətli adaptasiya və çeviklik bacarığı;- Detallara diqqət və keyfiyyətə fokuslanma bacarığı;- Vaxtın effektiv idarə olunması və deadline-lara əməl etmə bacarığı;- Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı;- Operativ qərarvermə və problem həll etmə bacarığı;- Axşam saatlarında restoran filiallarına və əyləncə mərkəzlərinə səfər etməyə hazır olmaq.- Bəy namizədlərə üstünlük verilir. Təklif edirik:• Əmək haqqı: 750–850 AZN (namizədin təcrübə və bacarıqlarından asılı olaraq);• Karyera inkişafı və öyrənmə imkanları;• Gənc və dinamik komandada çalışma imkanı;• Nahar şirkət tərəfindən təmin olunur;• Müxtəlif brendlər və layihələr üzərində işləmək imkanı;• Rahat və motivasiyaedici iş mühiti. Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.Tələblərə cavab verən namizədlər öz CV-lərini “Sosial Media Marketinqi üzrə Mütəxəssis” başlığı ilə hr@improve.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
