Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Aura Məişət Texnikası

Sosial Media Marketinq (SMM) mütəxəssisi

BakıMənbə: Work.az

Vakansiya haqqında

Sosial Media Marketinq (SMM) mütəxəssisiAura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.Əsas vəzifələr· Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması;· Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması;· Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması;· Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;· Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi;· Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;· Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması;· Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi;· Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;· Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.Namizədə tələblər· Kişi namizəd, yaş həddi: 30 yaş və yuxarı;· SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;· Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik;· Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;· Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi üstünlükdür;· CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;· ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı;· Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür;· Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı;· Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı.Üstünlük veriləcək· SMM və ya reklam agentliyində iş təcrübəsi;· Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;· Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.İş şərtləri· 6 günlük iş qrafiki: 10:00–18:00;· Rəsmi əmək müqaviləsi;· Nahar şirkət tərəfindən təmin olunur;· Əmək haqqı: 500–800 AZN.Müraciət qaydasıMövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV-nizi PDF formatında, portfolionuzu və idarə etdiyiniz səhifə və ya kampaniyalardan nümunələri hr@aurammc.az elektron ünvanına göndərin.Mobil: +994 50 270 34 00WhatsApp: +994 50 277 55 92İş telefonu: +994 12 441 49 49

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.