Vakansiya haqqında
TəsvirKadr təminatının proqnozlaşdırılması, insan resurslarının idarə edilməsi üzrə işlərin təşkili, həyata keçirilməsini təmin edir;Vakant vəzifələrin tutulması üçün qanunvericiliyin tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsinə nəzarət edir;Müvafiq vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramlarının layihələrinin hazırlanmasını və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsini təmin edir;Əməkdaşlar haqqında məlumatların, əmək müqaviləsi müvafiq informasiya sistemlərinə və 1C programına daxil edilməsinə və yenilənməsinə nəzarəti həyata keçirir;Əməkdaşların şəxsi işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmasını təmin edir;Mərkəzdə çalışan əməkdaşların tapşırıqlarının yerinə yetirilməsini təmin edir;İllik məzuniyyət qrafikinin hazırlanması, təsdiqlənən qrafikin yerinə yetirilməsinə nəzarət edilməsi, ezamiyyətin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı tədbirlər görülməsinə nəzarət edir;Əmək qanunvericiliyinin müvafiq müddəalarının tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamaların aparılmasına rəhbərlik edir, əmək və icra intizamının pozulması hallarının rəsmiləşdirilməsini təmin edir;Əməkdaşların peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması üzrə struktur bölmələr arasında fəaliyyətin əlaqələndirməsini təmin edir, işlərin vəziyyətini təhlil edərək təkliflər hazırlanmasına nəzarət edir;Əməkdaşların peşəkarlığının artırılması məqsədilə təlim ehtiyaclarının müəyyən edilməsini, təlimlərin (o cümlədən seminar, treninq və s.) təşkil edilməsini təmin edir;Ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi ilə bağlı rəhbərliyə təkliflər verir, bununla bağlı müvafiq tədbirlərin rəsmiləşdirilməsinə nəzarət edir;İnsan resurslarının idarə edilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edir;Şöbənin işinə ümumi rəhbərlik edir, əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;Şöbənin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə iştirak edir;Şöbəyə daxil olan ərizə, şikayət, təklif və məktublara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunu həyata keçirir;Tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verir;Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir. TələblərTəhsil pilləsi (minimum): BakalavrTəhsil ixtisası: Sosial,hüquq vəya iqtisad üzrə olması məqsədə uyğundurİş təcrübəsi (minimum): İnsan Resursları üzrə minimum 7 il Dil bilikləri: Azərbaycan dili Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları, ƏMAS, 1C VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR: Təşkilatçılıq bacarığı;İşə planlı yanaşma bacarığı;Analitik düşünmə qabiliyyəti;Problemi həll etmək bacarığı;Ünsiyyət bacarığı;Məsuliyyətli və punktual olmaq;Komandada işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
