Vakansiya haqqında
Vəzifə öhdəlikləri:Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri (ilkin və tam inşaat smetası) üzrə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri və cədvəlləri analiz etmək;Layihədə büdcə risklərini analiz etmək və bu analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;Dəyişikliklər baş verdikdə smeta sənədlərinə düzəlişlər aparmaq;Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak etmək;Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq, onların normativlərə riayət etməsinə nəzarət etmək və görülən işlər üzrə aktlar hazırlamaq;Tikinti-quraşdırma və təmir işlərinin dəyərinin optimallaşdırılması üçün tədbirlər görmək;Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək;Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış) iş həcmlərinin və materialların hesablanması, cədvəllərin hazırlanması;Obyektlərdə (sahədə) ölçü işlərinin aparılması;Smetaların bazar qiymətləri əsasında hesablanması;Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, xərc analizi);Sahələrdən daxil olan texniki hesabatların yoxlanılması.Tələblər:Ali təhsil (mühəndislik ixtisası, inşaat mühəndisliyi arzu olunandır);Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;Bəy namizədlərə üstünlük veriləcəkdir;Layihə-smeta işlərinin hazırlanması üzrə normativ-hüquqi sənədləri bilmək;Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi bacarığı;Titul vərəqələrinin hazırlanması, nasazlıqlar cədvəlinin tərtibi və digər texniki sənədlərin hazırlanma qaydalarını bilmək;İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır;MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD proqramlarında işləmə bacarığı;Analitik düşüncə, dəqiqlik və operativlik.İş şəraiti:Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;İş qrafiki: 5 günlük (həftə içi 09:00–18:00);Koroğlu m/st-dan servis xidməti;Yemək şirkət tərəfindən təmin edilir;Maaş aralığı: 2500–3000 AZN.Müraciət qaydası:Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
