Vakansiya haqqında
“Azerfloat” QSC 2026-cı ilin iyun ayından etibarən “Siz Xoş Gələcəksiniz” adlı Yay Təcrübə Proqramına start verir. Proqram 3 ay müddətini əhatə edir və gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.Proqram haqqındaSeçim prosesi mərhələli şəkildə (məntiq testi və müsahibə) həyata keçiriləcək. Seçilən namizədlər aşağıdakı şöbələr üzrə təcrübə keçmək imkanı əldə edəcəklər:1.Mühasibatlıq şöbəsi2. Maliyyə şöbəsi3. Logistika4. Nəzarət-ölçü cihazları və avtomatlaşdırma şöbəsi5. SƏTƏM şöbəsi6. Satış şöbəsi7. Keyfiyyətə nəzarət və laboratoriya şöbəsi8. Sənaye qaz istehsalı şöbəsi9. Elektrik mühəndisliyi şöbəsi10. Mexanika şöbəsi11. İstehsalat şöbəsiTəcrübə müddəti ərzində iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olacaq, real iş tapşırıqları üzərində çalışaraq praktiki bilik və bacarıqlar əldə edəcəklər. Proqram, gənclərin iş həyatına uğurlu başlanğıc etməsi üçün dəyərli imkan yaradır.Proqramı uğurla başa vuran iştirakçılar “Azerfloat” QSC tərəfindən sertifikat və xasiyyətnamə ilə təmin olunacaqlar. Yüksək nəticə göstərən təcrübəçilərə şirkətdə işlə təmin olunmaq imkanı təqdim ediləcək.Namizədlərə tələblər Ali və ya orta ixtisas təhsilinin sonuncu kursunu bitirən tələbələr (2026 məzunları)Ali və ya orta ixtisas təhsilini yeni bitirmiş məzunlar (2025 məzunları)Güclü ünsiyyət bacarıqlarıTəşəbbüskarlıq və məsuliyyətlilikPunktuallıqAnalitik düşüncə və araşdırma bacarığı TəminatlarƏmək haqqı: 400 AZN (vergilər daxil)Nahar puluServis xidməti (20 Yanvar metrostansiyasından)İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə) Əlavə məlumatTəcrübə proqramı aşağıdakı ünvanlarda keçiriləcək:Bakı şəhəri, Koroğlu Rəhimov küç. 13 (Gənclik ofisi)Sumqayıt Kimya Sənaye Parkı, Kimyaçılar küç. 1Müraciət qaydası:Müraciət etmək istədiyiniz şöbənin adını mütləq şəkildə mövzu hissəsində qeyd etməklə cv-nizi intern@azerfloat.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.CV-lərin göndərilməsində son tarix 07 May 2026-22 May 2026-cı il tarixləri aralığıdır. Qeyd: Mövzu hissəsində şöbə adı qeyd edilməyən müraciətlərə baxılmayacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
