Vakansiya haqqında
Şirkət: Medco Hospital GroupBatıgöz klinikası olaraq Səyyar klinika işləri üzrə Həkim (Oftalmoloq) vakansiyasına namizəd axtarırıq.Vəzifə öhdəlikləri:Səyyar klinikasında oftalmoloji xidmətlərin göstərilməsi;Göz müayinələrinin aparılması (vizometriya, tonometriya, biomikroskopiya və s.);Gözlə bağlı ilkin və genişləndirilmiş müayinələrin həyata keçirilməsi;Göz xəstəliklərinin diaqnostikası və ilkin müalicəsinin təyini;Zəruri hallarda pasiyentlərin klinikaya yönləndirilməsi;Tibbi sənədlərin düzgün və tam doldurulması.Tələblər:Ali tibbi təhsil (Oftalmologiya sahəsi üzrə ixtisaslaşma);Yol şəraitində (səyyar klinikada) işləməyə hazır olmaq;Müasir oftalmoloji cihazlarla işləmə bacarığı;Müvafiq sertifikatların olması üstünlükdür;Yüksək kommunikasiya bacarığı və pasiyentlərlə düzgün rəftar;Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq.İş şəraiti:İş yeri: Səyyar klinika proqramına uyğun ölkədaxili regionlarİş qrafiki: 5 günlük Yemək və otel xərcləri klinika tərəfindən qarşılanır;İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;Əmək haqqı: Fix əmək haqqı + bonus.Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Səyyar klinika işləri üzrə Həkim (Oftalmoloq)” qeyd edərək CV-lərini Müraciət Etdüyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
