Vakansiya haqqında
📍Meqa Sığorta ASCƏsas vəzifə öhdəlikləri:Potensial müştərilər üzrə axtarışın həyata keçirilməsi;Müştərilərə səfər sığortası məhsulları barədə məlumatın verilməsi və uyğun paket seçilməsində dəstəyin olunması;Sığorta sorğularının qəbulu, işlənməsi və sistemə daxil edilməsi;Sığorta hadisələri zamanı müştərilərə ilkin yönləndirmə və dəstəyin göstərilməsi;Yeni partnyorların axtarışı və əməkdaşlıqların qurulması;Mövcud partnyorlarla birbaşa əlaqələrin yaradılması və onların satışlarına nəzarət edilməsi;Səfər sığortasının satışının təşviqi və şirkətin xidmət keyfiyyətinin qorunması;Hesabatların hazırlanması və şöbə rəhbərinə təqdim edilməsi.Namizədə olan tələblər:Təhsil: Ali təhsil;Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (arzuolunandır)İş təcrübəsi: Sığorta və ya turizm sahəsində təcrübənin olması arzuolunandır;MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmə bacarığı;Dəqiqlik və məsuliyyətlilik, analitik düşüncə, problemlərin həllində təşəbbüskarlıq, yazılı və şifahi ünsiyyət bacarığı, komanda ilə işləmək bacarığı, inkişaf yönümlü və nəticəyönümlü yanaşma.İş şərtləri:Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A.İmtiyazlar:Karyera və peşəkar inkişaf üçün imkanlar;Peşəkar komandada işləmək imkanı;Tibbi sığorta təminatı;Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;Əməkdaşlar üçün Loyallıq proqramına əsasən digər imtiyazlardan yararlanmaq.Müraciət qaydası:Zəhmət olmasa, mövzu bölməsində “Səyahət sığortası üzrə mütəxəssis”qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
