Vakansiya haqqında
Azərşəkər LLC SƏTƏM vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməsi;İstehsalatda zədələnmə səbəblərinin analizı, qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi;Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi;SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması;Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi;İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi. Bilməlidir:Azərbaycan Respublikasının qanunlarını;Müvafiq sahə üzrə beynəlxalq standartları;Əməyin təşkilinin əsaslarını;Daxili əmək intizamı qaydalarını;Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarınıVəzifə tələbləri:Ali təhsilin olması tələb edilir.Müvafiq sahə üzrə mütəxəssis kimi ən az 1 il iş təcrübəsi tələb edilir.SƏTƏMM üzrə tələb olunan yerli və beynəlxalq sertifikatların olması Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları;Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı, hesabatlılıq;Yüksək ünsiyyət qabiliyyəti, komanda işində çeviklik;Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli;Liderlik bacarıqları, detallı və analitik düşüncəƏlavə məlumat:Struktur: SƏTƏMM şöbəsiBilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəriFunksional rəhbəri: SƏTƏMM üzrə menecerİş yeri: Yevlax rayonuİş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını SƏTƏMM üzrə mütəxəssis- Yevlax qeyd edərək Müraciət Etdüyməsində yerləşən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
