Vakansiya haqqında
Ümumi məlumat: SƏTƏMM üzrə texnik əməliyyat qrupları ilə birlikdə fəaliyyət göstərərək dəstək olmaq üçün bütün digər SƏTƏMM problemlərinin araşdırılması və həllində fəal iştirak etməlidir. Vəzifə öhdəlikləri:SƏTƏMM ilə bağlı məsələlərdə bütün işçilərlə fəal qarşılıqlı əməkdaşlıq etmək;SƏTƏMM ilə bağlı görüşlərdə və yoxlamalarda iştirak etmək;Şirkətin işə nəzarət prosesləri və təhlükəsiz iş təcrübələrinin fəal şəkildə təşviqini təmin etmək;Rəhbər heyət tərəfindən müəyyən edilən qaydada şirkətin SƏTƏMM siyasətinin tələblərinə əməl etmək;Nəqliyyat vasitələrinin yoxlanışı, işə icazə sənədlərinin bazasının təşkili, yük qaldırma əməliyyatlarında kömək və digər tapşırıqların icrasında dəstək vermək;SƏTƏMM məlumatları və qeydlərinin asanlıqla əldə oluna bilməsi üçün onların səmərəli idarə olunmasını təmin etmək;Avadanlıqların saz vəziyyətdə olmasının yoxlanılmasında iştirak etmək;İş sahələrində SƏTƏMM mühəndislərinin tapşırıqlarının yerinə yetirilməsinə nəzarət və dəstək göstərmək;Rəhbərliyin təlimatlarına əsasən digər işlərin yerinə yetirilməsində köməklik göstərmək.Tələblər:Texniki peşə təhsili və ya orta ixtisas təhsili (texniki sahələr üzrə) və/və ya Beynəlxalq Təhlükəsizlik Sertifikatlarına malik olması arzuolunandır;Əməyin mühafizəsi və təhlükəsizliyi prinsiplərini başa düşmək və müvafiq praktiki təcrübəyə sahib olmaq;Xüsusilə SƏTƏMM standartlarına əməl olunması ilə bağlı güclü və aydın kommunikasiya bacarıqlarına malik olmaq;Tapşırıqları dəqiq və vaxtında icra etmək bacarığına sahib olmaq.Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
