Vakansiya haqqında
Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Peşəkar İnkişaf ProqramıƏgər SƏTƏM sahəsində karyera qurmaq arzusundasınızsa və biliklərinizi real sənaye mühitində tətbiq etmək, praktiki bacarıqlar qazanmaq istəyirsinizsə, Qəbələ Konserv Zavodunun peşəkar komandası sizi strukturlaşdırılmış, mentor dəstəyi ilə müşayiət olunan təcrübə proqramına dəvət edir.Namizədə dair tələblər:Ali təhsil – SƏTƏM, mühəndislik və ya əlaqəli texniki sahələr üzrə (tələbə və ya yeni məzun statusu)SƏTƏM sahəsinə praktiki maraq və öyrənməyə açıq yanaşmaQəbələ şəhərində yaşamaq və ya gündəlik gediş-gəlişi təmin etmək imkanıPeşəkar mühitdə davranış mədəniyyəti və komanda əməkdaşlığına hazırlıqProqram çərçivəsində təqdim olunur:Hüquqi əsaslara və etik çərçivəyə uyğun təşkil olunmuş, ödənişsiz təcrübə proqramıReal sənaye mühiti və əməli təcrübə imkanlarıSƏTƏM sahəsində ixtisaslaşmış mütəxəssislərdən mentorluq və gündəlik dəstəkTəcrübənin sonunda rəsmi sertifikat və iştirak təsdiqiGün ərzində qida ilə təminatYüksək nəticə göstərən iştirakçıların gələcəkdə işə qəbul proseslərində öncədən nəzərə alınması və rezerv namizəd bazasına daxil edilməsiMüraciət prosesi:Tələblərə cavab verdiyinizi düşürsünüzsə, mövzu hissəsində “SƏTƏM üzrə Təcrübə Proqramı - Qəbələ” yazmaqla CV-nizi aşağıdakı mail ünvanına göndərin. career@totalbeverage.group
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
