Vakansiya haqqında
Şirkət: AMAL GroupVəzifə öhdəlikləri:Müəssisədə əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək;İşçilərin sağlam və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;SƏTƏM üzrə risklərin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi üçün təhlillər aparmaq;İstehsalat qəzaları, xəsarət halları, zəhərlənmələr və digər hadisələrin araşdırılmasında iştirak etmək, aktlar tərtib etmək, hesabatlar hazırlamaq;Yeni işçilərin ilkin SƏTƏM təlimatlandırılmasını və mütəmadi olaraq mövcud işçilərin yenidən təlimatlandırılmasını təşkil etmək;Təhlükəli iş sahələrində SƏTƏM qaydalarının yerinə yetirilməsinə gündəlik nəzarət etmək və pozuntu halları barədə akt tərtib etmək;İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və düzgün istifadəsinə nəzarət etmək;Sahə üzrə plan və proqramlar (təlimat planı, yoxlama planı, risk təhlili və s.) tərtib etmək və yerinə yetirilməsinə nəzarət etmək;SƏTƏM sahəsində hesabatların hazırlanması, aidiyyəti orqanlara və rəhbərliyə təqdim edilməsi;Yanğın təhlükəsizliyi sistemlərinin (yanğınsöndürənlər, siqnalizasiya, çıxış yolları) vəziyyətinə nəzarət etmək və təftişlər aparmaq;Ətraf mühitə təsirin minimuma endirilməsi üçün ekoloji nəzarət və tullantıların idarə olunmasına dair tədbirlər görmək;Aidiyyəti dövlət qurumlarının yoxlamalarında iştirak etmək və tələb olunan sənədləri təqdim etmək. Müsahibə üçün müraciət ünvanı: Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpusİş qrafiki və qeydlər:6 günlük iş qrafikiİş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)İş stajı; 1-3 ilYaş həddi: 25-55Əmək haqqı: 1200 AZNGöstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sətəm üzrə mütəxəssis” adını qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
