Vakansiya haqqında
TəsvirŞirkətin SƏTƏM strategiyasına uyğun fəaliyyətin təşkili və həyata keçirilməsini təmin etmək;Şirkət daxilində SƏTƏM mədəniyyətini formalaşdırmaq və işçiləri koordinasiyalı şəkildə proseslərə cəlb etmək;İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitini, yerli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin etmək;Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət mexanizmlərini qurmaq və effektiv şəkildə izləmək;İstehsalatda istifadə olunan avadanlıqların və qurğuların təhlükəsiz istismarını təmin etmək;Davamlı yaxşılaşdırma proseslərinə dəstək məqsədilə tədbirləri planlaşdırmaq və tətbiq etmək;Tullantıların idarə olunması prosesini mövcud qanunvericilik və beynəlxalq standartlara uyğun tənzimləmək, hesabatlılıq mexanizmlərini qurmaq;SƏTƏM üzrə aidiyyəti struktur bölmələrdən məlumatları toplamaq və baş ofisə mütəmadi hesabat təqdim etmək;Dövlət qurumları ilə əlaqələr qurmaq və fəaliyyəti müvafiq qanunvericiliyə uyğun təşkil etmək;Sənədləşdirilmiş məlumatların idarə olunması prinsiplərinə uyğun olaraq məlumat bazası yaratmaq və mövcud məlumatları təhlil edərək inkişaf üçün tövsiyələr hazırlamaq;İllik plan əsasında daxili auditlərin keçirilməsi, xarici auditlərdə iştirak və aşkar edilən uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin planlaşdırılması;Uyğunsuzluqlar üzrə kök səbəb analizləri aparmaq və nəticələri sənədləşdirmək;İşçilərin bilik və bacarıqlarının yoxlanılması prosesini təşkil etmək;Yeni işçilər üçün giriş (intro), yanğın təhlükəsizliyi və planlı SƏTƏM təlimlərini təşkil və həyata keçirmək;İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və qarşısının alınması üçün tədbirlər görmək.TələblərTəhsil:Müvafiq sahə üzrə bakalavr təhsili (mühəndislik, ətraf mühit, kimya, biologiya, texniki təhlükəsizlik və s.);Magistr təhsilinin olması üstünlükdür. Sertifikatlar:ISO standartları üzrə məlumatlandırma və ya daxili auditor sertifikatları:ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi,ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə Sistemi,ISO 45001:2018 – Əməyin Mühafizəsi və Təhlükəsizlik İdarəetməsi Sistemi,ISO 17025:2017 – Sınaq və Kalibrləmə Laboratoriyalarının Yeterliliyi.Yanğın təhlükəsizliyi, ilkin tibbi yardım və digər aidiyyəti sahələr üzrə sertifikatların olması əlavə üstünlükdür. İş təcrübəsi:Müvafiq sahədə minimum 1 ilə qədər iş təcrübəsi tələb olunur;Təcrübəsi az olan, lakin potensiallı namizədlər də dəyərləndirilə bilər. Bacarıq və şəxsi keyfiyyətlər:Müstəqil qərarvermə qabiliyyəti;Liderlik və komandada koordinasiyalı işləmək bacarığı;Tapşırıqları sərbəst şəkildə planlama və icraetmə bacarığı;SƏTƏM prinsiplərinə həssas yanaşma və operativlik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
