Vakansiya haqqında
TəsvirYeni işçilərin ilkin SƏTƏM təlimatlandırılmasını təşkil etmək və sənədləşdirmək;Mövcud işçilər üçün müntəzəm yenidən təlimatlandırma və maarifləndirmə proseslərini həyata keçirmək;İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;SƏTƏM üzrə sənədləşdirmə və hesabat işlərini dəqiq və vaxtında aparmaq;Risklərin qiymətləndirilməsini həyata keçirmək, nəticələrini sənədləşdirmək və qarşısının alınması tədbirlərini təklif etmək;SƏTƏM üzrə uyğunsuzluq və qüsurları aşkar etmək, aradan qaldırılması üçün müvafiq tapşırıqlar vermək və icrasına nəzarət etmək;İş sahəsinə daxil olanlara giriş və təhlükəsizlik təlimatları keçmək;İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı məsləhət və dəstək göstərmək;İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması proseslərində iştirak etmək;Müəyyən olunmuş qaydalara əsasən aylıq və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;Aidiyyəti dövlət qurumlarının keçirdiyi yoxlamalarda iştirak etmək və tələb olunan sənədləri təqdim etmək.TələblərAli təhsil (mühəndislik, texniki və ya SƏTƏM istiqamətində olması arzuolunandır);Azərbaycan dilində səlis yazı və şifahi ünsiyyət bacarığı;SƏTƏM sahəsində minimum 1 il iş təcrübəsi;FHN tərəfindən verilmiş “Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları” üzrə sertifikatın olması (əlavə SƏTƏM sertifikatlarına üstünlük verilir);MS Office proqramları (xüsusilə Word, Excel, PowerPoint) ilə işləmək bacarığı;Yüksək məsuliyyət, dəqiqlik və analitik düşünmə bacarığı;Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
