Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)

SƏTƏM üzrə mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

Təsvirİş yerlərində peşə sağlamlığı, əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi üzrə yoxlamaların aparılması, çatışmazlıq və uyğunsuzluqların aşkar edilməsi;Aşkar edilmiş çatışmazlıqların və uyğunsuzluqların əsasında fəaliyyət planının hazırlanması və görüləcək tədbirlərin müəyyən edilməsi;Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə sənədləşmə işlərinin görülməsi;Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə əmr nümunələrinin hazırlanması və İnsan Kapitalı üzrə əməliyyatlar şöbəsinə təqdim edilməsi;SƏTƏM üzrə siyasət sənədinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ümumi təlimatların (giriş, ilk tibbi yardım, yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi) hazırlanması;İşçilərə, təcrübəçilərə, Agentliyə gələn ziyarətçilərə və Agentliyin ərazisində işləyən podratçı şirkətlərin nümayəndələrinə SƏTƏM üzrə giriş təlimatının keçirilməsi;İş yerlərində yaşana biləcək bədbəxt hadisələrin ehtimalını minimuma endirmək üçün görülən işlərə SƏTƏM üzrə nəzarət edilməsi və müvafiq tədbirlərin görülməsi;Bədbəxt hadisələrin – iş qəzalarının və peşə xəstəliklərinin araşdırılması, onların uçotu və qeydiyyatının aparılması;İş yerlərinin ilk tibbi yardım çantaları ilə təmin olunmasının təşkili və işçilərə onların içərisindəki ləvazimatlardan istifadə qaydalarının izah edilməsi;İş yerlərində təxliyə planlarının tərtib edilməsi və yenilənməsi prosesində iştirak;İş yerlərində mövcud olan yanğınsöndürmə vasitələrinin – yanğın şlanqları, hidrantları və balonlarının istifadəyə yararlılığının yoxlanılması prosesində iştirak;İş yerlərində işçilərin fövqəladə hallara hazırlığı məqsədilə yanğın məşqlərinin keçirilməsi;İşçilərə alınan xüsusi işçi geyimlərinin və Fərdi Mühafizə Vasitələrinin (FMV) tələblərə uyğunluğunun yoxlanılması və düzgün şəraitdə saxlanılmasına nəzarət edilməsi;İşçilərin iş avadanlıqları və iş alətləri ilə işləyərkən əməyin təhlükəsizliyi və iş zamanı yarana biləcək yanğın təhlükəsizliyi tədbirlərinin tətbiq edilməsi;Agentliyə elektron sənəd dövriyyəsi vasitəsilə və xidməti məktub şəklində SƏTƏM ilə bağlı daxil olan müraciətləri - ərizə, təklif və şikayətləri araşdırılması və cavablandırılması.TələblərAli təhsil;SƏTƏM sahəsində 1 ildən 3 ilədək iş təcrübəsi;SƏTƏM üzrə hər hansı bir sertifikatın olması;SƏTƏM üzrə təlimçilik qabiliyyəti;SƏTƏM üzrə sənədləşmənin aparılması bacarığı;İş yerlərində SƏTƏM üzrə dövri yoxlamaların aparılması bacarığı;Yanğın-təxliyə məşqlərinin təşkili qabiliyyəti;SƏTƏM ilə bağlı rəsmi-işgüzar üslubda yazışma və daxil olan rəsmi müraciətlərin xidməti məktublarla cavablandırılması bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.