Vakansiya haqqında
📍Gilan&Knauf Gəncə, Goranboy və Mingəçevir şəhərlərində yaşayanların nəzərinə!SƏTƏM üzrə mütəxəssis vakansiyası aktivdir.Vəzifələr:Zavodda əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;Strategiya və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək;Tələblər:Ali təhsilinin olması;Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;Rus dili və ya ingilis dilini bilməsi şərtdir.SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;MS Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;Təşkilati bacarıqlar, təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;İş şəraiti:İş saatı: 08:00 - 17:00İş yeri: Gilan&KnaufŞirkət tərəfindən yemək və nəqliyyat təmin edilirMüraciət üçün hr@gilan-knauf.az adresinə CV-nizi göndərə və ya (010) 253 02 04 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “SƏTƏM üzrə mühəndis” vəzifə adını qeyd etməyiniz vacibdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
