Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

SƏTƏM üzrə Mühəndis (Xaçmaz)

XaçmazMənbə: Work.az

Vakansiya haqqında

📍Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMCTələblər:Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sənaye mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).Əməyin mühafizəsi sahəsində minimum 3 il iş təcrübəsi.NEBOSH, ISO 45001 və digər beynəlxalq sertifikatların olması üstünlükdür.Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə Excel və Word).Əməyin mühafizəsi norma və qaydalarını yaxşı bilmək və tətbiq edə bilmək.Komanda ilə işləmək, əməkdaşlıq və ünsiyyət bacarığı.Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.Vəzifə Öhdəlikləri:Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələrin istehsalatda tətbiq olunması.İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət.Zədələnmə və bədbəxt hadisələrin səbəblərinin təhlili və qarşısının alınması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi.İş şəraitinin yaxşılaşdırılması məqsədilə kompleks planların hazırlanması və tətbiqi.Binanın, qurğuların və avadanlıqların texniki vəziyyətinin əməyin mühafizəsi üzrə yoxlanılmasında iştirak.Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün tədbirlərin görülməsində iştirak.Yeni işə başlayanlara giriş təlimatlarının keçirilməsi və işçilərə əməyin mühafizəsi üzrə dəstək göstərilməsi.Təhlükəsizlik təlimatlarının hazırlanmasında və işçilərin biliklərinin yoxlanılmasında iştirak.Bədbəxt hadisələrin araşdırılmasında iştirak və müvafiq hesabatların hazırlanması.Ərizə, şikayət və məktubların araşdırılması və lazımi tədbirlərin görülməsi.Mövcud forma və qaydalara uyğun hesabatların hazırlanması və təqdim edilməsi.Təhlükəsiz və sağlam iş şəraitinin yaradılması;Əməyin mühafizəsi üzrə norma, qayda və təlimatların yerinə yetirilməsi;İstehsalat faktorlarının (səs-küy, titrəmə, çirklənmə, tozlanma, işıqlanma və s.) ölçülməsi;Aspirasiya və ventilyasiya sistemlərinin düzgün işləməsi;Qoruyucu qurğular və fərdi mühafizə vasitələrinin vəziyyəti;Təlimatların vaxtında və düzgün keçirilməsi;İşçilərin əməyin mühafizəsi dərslərində iştirakı və attestasiyası;Bədbəxt hadisələrin uçotu və araşdırılması;İşçilərə verilən xüsusi geyim və vasitələrin qorunması, təmizlənməsi və zərərsizləşdirilməsi;Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ayrılan vəsaitlərin düzgün xərclənməsi.İş vaxtı:5 günlük iş rejimiİstirahət günləri: Şənbə və Bazar günüƏmək haqqı və üstünlüklər:Əmək haqqı: Razılaşma yolu iləNahar xidməti şirkət tərəfindən təmin edilirƏmək mühafizəsi, sanitar-gigiyena və digər sosial təminatlarİş yeri: Xaçmaz rayonuMüraciət:Tələblərə cavab verdiyiniz halda, CV-nizi cv@azersun.com elektron poçt ünvanına göndərə və ya Müraciət et düyməsində qeyd olunan hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.Email-in mövzu hissəsində "SƏTƏM üzrə Mühəndis (Xaçmaz) - 26660" qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.