Vakansiya haqqında
📍Baku BusVəzifə öhdəlikləri:İşçilərin əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirilməsiİş yerlərində təhlükəli hallar, insidentlər və qəza risklərinin qiymətləndirilməsiFərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarətMüəssisədə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühit üzrə nəzarətin təşkili və icrası;Risklərin qiymətləndirilməsini aparmaq, təhlükəli işlərin qarşısının alınması üçün tədbirlər planı hazırlamaq;İş yerlərində planlı və qəfil SƏTƏM yoxlamalarını həyata keçirmək;Qəza, bədbəxt hadisə və insidentlərin araşdırılmasında iştirak etmək, aktların hazırlanmasını təmin etmək;İşçilər üçün ilkin, təkrar və dövri SƏTƏM təlimatlandırmalarını təşkil etmək və nəzarətdə saxlamaq;Yanğın təhlükəsizliyi tədbirlərinə, təxliyyə planlarının icrasına nəzarət etmək;Tullantıların idarə olunması, kimyəvi maddələrin təhlükəsiz dövriyyəsinə nəzarət etmək;SƏTƏM üzrə təlimatlar, prosedurlar və daxili normativ sənədləri hazırlamaq;Dövlət nəzarət orqanları (FHN, Əmək Müfəttişliyi və s.) ilə işlər zamanı müəssisəni təmsil etmək;Aylıq və illik SƏTƏM hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;SƏTƏM üzrə texniklərin və sahə üzrə məsul şəxsləsrin fəaliyyətinə nəzarət etmək.Tələblər:Ali texniki təhsil (Əməyin mühafizəsi, mühəndislik, ekologiya və ya oxşar sahələr üzrə);SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;Azərbaycan Respublikasının əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qanunvericiliyini bilməli;Azərbaycan Respublikasının Əməyin Mühafizəsi və Əməyin Təhlükəsizliyi ilə bağlı normativ tələbləri bilməli;Güclü kommunikasiya və təlim keçmə bacarığı;Komandada işləmək və operativ qərar vermək bacarığı;Beynəlxalq SƏTƏM sertifikatları FHN şəhadətnaməsi;ISO 45001, ISO 14001 bilikləri üstünlükdür;Kompüter bilikləri (MS Word, Excel, PowerPoint);Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;Ünsiyyət və təqdimat bacarığı;Azərbaycan dili – səlis, (rus və ya ingilis dili üstünlükdür);İş şəraiti:İş vaxtı: Növbəli;İş yeri: Naxçıvan şəhəriTəcrübəyə və bilik səviyyəsinə uyğun rəqabətədavamlı əmək haqqGöstərilən tələblərə uyğun namizədlər öz CV-lərini CV@bakubus.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
