Vakansiya haqqında
📍AzertexnolaynŞirkət: Azertexnolayn MMC (Polad Boru Zavodu)Vəzifə öhdəlikləri:Yeni işə girən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında giriş təlimatı keçir və xüsusi qeydlər aparır;Ətraf mühitin mühafizəsinə və işçilərin sanitar gigiyena qaydalarına əməl etmələrinə nəzarət edir;Zavod ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini, yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olduğunu yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirir;Sahədə işçilərə iş öncəsi əməyin mühafizəsi ilə bağlı günlük təlimatların keçirilməsinə nəzarət edir,təlimat sənədlərinə nəzarət edir;İş yerlərində işçilərin FMV-dən istifadə etmələrinə, təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət edir, qayda pozuntusu edən işçilər haqqında xəbərdarlıq forması yazır;Zavoda ziyarətə gələn qonaqlara təhlükəsizlik qaydaları haqqında təlimat keçir, FMV ilə təmin edir;Görülən işlər haqqında hesabat verir.Namizədə tələblər:Təhsil: Ali (müvafiq sahə üzrə);Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qanunvericiliyi üzrə biliklər;Sahə əməliyyatlarının təhlükəsizlik aspektlərini anlama bacarığı;Güclü ünsiyyət, analitik düşüncə və sənədləşmə qabiliyyəti;Ofis proqramlarında işləməyi bacarmalı.İş şəraitiKorporativ nömrə;NaharNövbəli iş rejimiİş yeri: Sumqayıt şəhəriTələblərə cavab verən namizədlərdən mövzu başlığına “SƏTƏM üzrə kiçik məsləhətçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
