Vakansiya haqqında
📍El-Seym İnşaat QSCVəzifə öhdəlikləri:Tikinti sahəsində SƏTƏM fəaliyyətinə ümumi rəhbərliyin və koordinasiyanın həyata keçirilməsi;Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə siyasət, prosedur və təlimatların tətbiqinə nəzarət;Tikinti-quraşdırma işləri zamanı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və preventiv tədbirlərin görülməsi;Qəza və insidentlərin araşdırılması, səbəblərin müəyyən edilməsi və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər planının hazırlanması;İşçilər üçün giriş, ilkin, təkrar və növbədənkənar SƏTƏM təlimatlarının keçirilməsi;Fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə və vəziyyətinə nəzarət;Podratçı və subpodratçıların SƏTƏM fəaliyyətinin koordinasiyası və monitorinqi;Dövlət qurumları və sifarişçi qarşısında SƏTƏM üzrə əsas əlaqələndirici şəxs qismində çıxış etmək;Gündəlik, həftəlik və aylıq SƏTƏM hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesinə nəzarət və təlimçilərin koordinasiyası;SƏTƏM üzrə daxili auditlərin təşkili və nəticələrinə nəzarət;Sahədə təhlükəsiz əmək şəraitinin davamlı yaxşılaşdırılması üçün təkliflərin verilməsi.Namizədə dair tələblər:Bəy namizədİnşaat mühəndisliyi, Əməyin mühafizəsi və ya əlaqəli sahə üzrə ali təhsil;Tikinti sahəsində minimum 3 il SƏTƏM üzrə iş təcrübəsi;Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartları (ISO 45001, 14001, 20001 və s.) dərindən bilmək;FHN sertifikatı mütləqdir, digər SƏTƏM sertifikatları üstünlükdür;MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;Liderlik, qərarvermə və məsuliyyət daşıma bacarığı;Güclü ünsiyyət və koordinasiya qabiliyyəti.İş şəraiti:İş yeri: Bakı şəhəri;İş qrafiki: 6 günlük iş həftəsi;Vakansiya növü: Tam ştat;Əmək haqqı: Razılaşma yolu ilə.Müraciət qaydası:Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə aparıcı mühəndis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
