Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

SƏTƏM mütəxəssisi

SumqayıtMənbə: Work.az

Vakansiya haqqında

📍ATS Food TələblərVəzifə öhdəliyi:● İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;● Yeni işə qəbul olanlara, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmasının proqramını hazırlamaq və təlimat keçmək;● Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icasına nəzarət etmək;● İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək;● İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;● Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.● Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi;● Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin icrasına nəzarət etmək;● Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;● Yanğına qarşı ilkin mühafizə vasitələrinin yoxlanılması, yanğın siqnalizasiya sistemlərinin, yanğın su hidrantlarının, yanğın su nasosu və quyularının saz vəziyyətdə saxlanılmasını vaxtaşırı yoxlamaq;● Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək;● Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq;● Mülki Müdafiə ilə bağlı sənədlərin hazırlanması və Mülki Müdafiə ilə bağlı tədbirlərin icrasını təşkil etmək;● Hündürlükdə, qapalı məkanlarda habelə digər təhlükə potensiallı işlərin təhlükəsiz icrasına dair Naryad Buraxılış hazırlanmasına nəzarət etmək və ehtiyac olduğu hallarda bu sahədə metodiki yardım göstərmək;● Təhlükə potensiallı işlərin icrası zamanı “Fövqəladə Hal Planı” işləyib hazırlamaq;● Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq;● İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;● İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;● Qanunvericiliyə uyğun sənədləşmə prosesinin həyata keçirmək;● İşçilər üçün maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimləri keçmək;● SƏTƏM xidməti üzrə mütəmadi hesabatları hazırlayıb, rəhbərliyə təqdim etmək;● Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;● Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;● Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək. Namizədə aid tələblər:● Ali təhsil (Texniki sahə üzrə)● İstehsalat müəssisəsində ən azı 1 il təcrübə mütləqdir● Azərbaycan dili (əla), rus dili (orta), ingilis dili (orta) ● Microsoft Office proqramı üzrə biliklər● Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı Qeyd: FHN şəhadətnaməsi olması mütləqdir (Əgər ali təhsili Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrədirsə şəhadətnamə mütləq deyil).İş qrafiki:● 5 günlük iş qrafiki;● İş saatı: 09:00-18:00Üstünlüklərimiz:● Rəsmi əmək haqqı● Nahar ilə təmin edilmə● Servis təminatı● Könüllü tibbi sığorta● Korporativ nömrə və danışıq limiti Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM mütəxəssisi” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.