Vakansiya haqqında
📍İteam Groupİş yeri - Bakı (obyektlərə ezamiyyətlərlə)Nəzərdə tutulan əmək haqqı - 1500 – 2500 AZN aralığındaVəzifənin məqsədiQuraşdırma sahələrində (obyektlərdə), anbar və istehsalat proseslərində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi (SƏTƏM/HSE) standartlarının tətbiqini təmin etmək, işçi heyəti üçün təhlükəsiz iş mühiti yaratmaq və şirkəti əməliyyat risklərindən qorumaq.Əsas vəzifə və öhdəliklərQuraşdırma obyektlərində (təhlükəsizlik sistemləri, şlaqbaum, WIM stansiyaları) SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etməkİşə başlamadan əvvəl risklərin qiymətləndirilməsi (Risk Assessment) və təhlükəsiz iş metodları (Method Statement) sənədlərini hazırlamaqHündürlükdə iş, elektrik təhlükəsizliyi, yolüstü/tranzit zonalarda iş kimi yüksək risk daşıyan fəaliyyətlər üçün xüsusi təlimatlar tərtib etməkİş yerlərində müntəzəm təhlükəsizlik yoxlamaları (audit) və qeyri-uyğunluqların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etməkİş yerində baş verən hadisə, qəza və insidentlərin araşdırılması, hesabatlılığı və kök səbəb analizini aparmaqYeni işçilər və subpodratçılar üçün SƏTƏM təlimlərinin (induction) təşkili və keçirilməsiFərdi mühafizə vasitələrinin (FMV/PPE) təminatına və düzgün istifadəsinə nəzarətƏtraf mühitin mühafizəsi tələblərinə (tullantıların idarə edilməsi, təbii resurslardan səmərəli istifadə) uyğunluğu təmin etməkDövlət qurumları (Əmək Müfəttişliyi və s.) ilə əlaqələrin qurulması və qanunvericiliyə uyğunluğun izlənməsiAylıq/rüblük SƏTƏM hesabatlarının rəhbərliyə təqdim edilməsiTələblərAli təhsil — Əməyin mühafizəsi, Ekologiya, Mühəndislik və ya oxşar sahə üzrəSƏTƏM/HSE sahəsində minimum 2-3 il iş təcrübəsi (tikinti, quraşdırma və ya sənaye sahəsində arzuolunandır)İSO 45001 (Əməyin Təhlükəsizliyi) və İSO 14001 (Ətraf Mühit) standartları barədə biliklərAzərbaycan Respublikasının əmək mühafizəsi qanunvericiliyinə dərin bələdlikRisklərin qiymətləndirilməsi metodologiyaları (HAZOP, JSA və s.) üzrə praktiki bacarıqMS Office proqramları üzrə sərbəst işləmə bacarığıYüksək məsuliyyət hissi, təfərrüata diqqət və qərar qəbul etmə bacarığıSürücülük vəsiqəsi (B kateqoriyası) — üstünlükdür, obyektlərə ezamiyyət tələb olunurŞirkətimiz nə təklif edirRəqabətədavamlı əmək haqqı (müsahibə zamanı müzakirə olunur)Rəsmi məşğulluq və sosial təminatMüasir texnologiyalar əsasında aparılan iri infrastruktur layihələrində iştirakSabit və peşəkar korporativ mühitMaraqlanan namizədlər CV-lərini vəzifənin adını ("SƏTƏM Mütəxəssisi") mövzu sətrində qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:faridaaliyeva45@gmail.cominfo@iteam.azYalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
