Vakansiya haqqında
Şirkət; Professional Real Estate ServicesVəzifə öhdəlikləri:Şirkətin bütün fəaliyyət sahələrində SƏTƏM tələblərinə uyğunluğun təmin olunması məqsədilə mütəmadi auditlərin aparılması;Audit nəticələrinə əsasən risklərin müəyyən edilməsi, təhlili və aradan qaldırılması üzrə tədbirlər planının hazırlanması və icrasına nəzarət etmək;Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ekoloji tələblər və digər müvafiq normativ sənədlərə riayət edilməsinə nəzarət etmək;SƏTƏM siyasətinin və prosedurlarının şirkət daxilində düzgün tətbiqini izləmək və təkmilləşdirilməsi üzrə təkliflər vermək;Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və şirkətin daxili sənədlərinin müvafiq şəkildə yenilənməsini təmin etmək;İş yerlərində şəraitin və avadanlıqların təhlükəsizlik səviyyəsini qiymətləndirmək, yoxlamalar aparmaq və hesabatlar tərtib etmək;Qəza, hadisə və ya peşə xəstəlikləri ilə bağlı araşdırmalar aparmaq, səbəbləri müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün tədbirlər təklif etmək;SƏTƏM üzrə təlim proqramlarının hazırlanması və həyata keçirilməsi, işçilərin məlumatlandırılması və maarifləndirilməsi;Müvafiq dövlət qurumları ilə (Əmək Müfəttişliyi, FHN, Ekologiya Nazirliyi və s.) əməkdaşlıq və yazışmaların aparılması;SƏTƏM göstəricilərinə dair aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;Layihələrin icrası zamanı podratçı və subpodratçıların SƏTƏM standartlarına uyğun fəaliyyətinə nəzarət etmək;Fövqəladə hallar üçün təxliyə planlarının və təlimlərin hazırlanmasında və icrasında iştirak etmək;İstehsalat ərazilərində nəzarət yoxlamaları aparmaq və pozuntular aşkarlanarsa, düzəldici tədbirlər görülməsini təmin etmək.Namizədə tələblər:Müvafiq sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);SƏTƏM-lə bağlı yerli qanunvericilik tələblərini bilməli və icra etməli;İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH, COSHH, NEBOSH üzrə məlumatlılıq. Sertifikatların olması üstünlükdür;Minimum 3–4 il SƏTƏM sahəsində iş təcrübəsi.Əlavə məlumat:Əmək haqqı: 1800 – 2500 AZN (net)Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;İş qrafiki: 5 günlükMüraciət qaydası:Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. E-məktubun mövzu hissəsində “SƏTƏM Auditoru” qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
